Çin “J-20” qırıcısının mühərriki işə düşməyib

2018/11/ap183-1541665396.jpg
Oxunub: 292     12:22     08 Noyabr 2018    
Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin iki “J-20” qırıcı təyyarəsi 12-ci Çin Beynəlxalq Aviasiya və Kosmik Sərgisində iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin hərbi mənbələri məlumat verib.

Nümayiş zamanı qırıcı təyyarələrin mühərriki işə düşməyib və buna görə də təyyarələrin etibarlılıq testi uğursuzluqla nəticələnib.

Qeyd edək ki, “J-20” üçün istifadə edilən və “güclü əjdaha” da adlandırılan “WS-15 Emei” mühərrikinin inkişafı üçün artıq bir neçə ildir ki, işlər gedirdi və altı günlük nümayişin ulduzu olacağı gözlənilirdi. Buna görə də mühərrikin uğursuzluğu gözlənilməz olub.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Çin   J-20  

Çin “J-20” qırıcısının mühərriki işə düşməyib

2018/11/ap183-1541665396.jpg
Oxunub: 293     12:22     08 Noyabr 2018    