Erməni hərbi qulluçuların ölümü ilə bağlı yeni detallar - FOTO

2018/11/345-1541665077.jpg
Oxunub: 245     12:16     08 Noyabr 2018    
Hərbi qulluqçuları daşıyan "Kamaz"ın qəza törətməsi nəticəsində ölənlərdən biri də Hrazdan sakini olub.

Xəbər verdiyimiz kimi 7 noyabr 2018-ci il saat 12:00 radələrində Gorus-Qubadlı yolunun 39-cu km-nin Vorotan-Xndzoresk hissəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı avtomobili qəzaya uğrayaraq, dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 21 hərbi qulluqçudan 4 hərbi qulluqçu ölüb, 8 hərbi qulluqçu bədən xəsarətləri almaqla Sisian hospitalına və Gorus tibb mərkəzinə təxliyyə edilib.

Ölənlərdən biri, qəzaya düşən "Kamaz" markalı avtomobilin sürücüsü Edqar Hunanyan Hrazdan şəhər sakini olub. O, yanvar ayında ordu sıralarından təxris olmalı idi.

Ölən erməni hərbi qulluqçu ailənin tək oğlu olub, iki bacısı var.

Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Erməni hərbi qulluçuların ölümü ilə bağlı yeni detallar - FOTO

2018/11/345-1541665077.jpg
Oxunub: 246     12:16     08 Noyabr 2018    