Rusiya qırıcıları Uzaq Şərqdə anti-terror təlimləri keçirib

2018/11/12070-1541662930.jpg
Oxunub: 380     11:41     08 Noyabr 2018    
Rusiya ordusuna məxsus çox sayda qırıcı təyyarə ölkənin Uzaq Şərq qurtaracağındakı Primorski regionunda hərbi təlimlərə qatılıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimdə çox sayda Su-25SM qırıcı təyyarələri, Mi-8AMTŞ və Ka-52 helikopterləri iştirak edib.

“Hərbi təlimlərin praktiki mərhələsi zamanı Su-25SM-lərin pilotları idarəolunmayan raketlərdən istifadə etməklə “terrorçular”ın komandanlıq postunu məhv ediblər. Daha sonra Mi-8ATMŞ və Ka-52 helikopterləri ərazini tam təmizləyib”, - deyə məlumatda qeyd edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Uzaq-Şərq   Təlimlər  

Rusiya qırıcıları Uzaq Şərqdə anti-terror təlimləri keçirib

2018/11/12070-1541662930.jpg
Oxunub: 381     11:41     08 Noyabr 2018    