ABŞ-ın xüsusi nümayəndəsi: “YPG-ni terror təşkilatı kimi tanımırıq”

2018/11/thumb-1541662758.jpg
Oxunub: 178     11:38     08 Noyabr 2018    
“YPG-ni PKK-dan fərqli olaraq terror təşkilatı kimi tanımırıq, lakin Türkiyənin onlar arasındakı əlaqədən duyduğu narahatlıqları anlayırıq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri səsləndirib.

Telekonfrans üsulu ilə təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablayan Ceffri ABŞ-ın Suriya siyasətinə dair açıqlamalar verib.

O, ABŞ-ın PKK terror təşkilatının rəhbərlərinə dair məlumat verənlərə mükafat verməsinin YPG-yə verdiyi dəstəklə ziddiyyət təşkil edib-etmədiyi ilə bağlı suala belə cavab verib:

“PKK ilə bağlı mövqeyimiz açıqdır. PKK-nın əksinə olaraq YPG-ni terror təşkilatı olaraq tanımırıq. Bunu heç bir zaman etməmişik. Suriyaya müdaxilə etməmişdən əvvəl də etməmişik. Türkiyənin təhlükəsizlik qayğılarını anlayırıq. YPG və PKK arasındakı əlaqələrə dair narahatlıqlarını da anlayırıq. Buna görə də çox diqqətli davranırıq. Öncəliklə, Türkiyəni nə etdiyimiz və niyə etdiyimizlə bağlı məlumatlandırırıq”.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   YPG  

ABŞ-ın xüsusi nümayəndəsi: “YPG-ni terror təşkilatı kimi tanımırıq”

2018/11/thumb-1541662758.jpg
Oxunub: 181     11:38     08 Noyabr 2018    