Ölən erməni hərbi qulluqçuları barədə yeni məlumatlar - FOTOLAR

2018/11/defau-6166641732.jpg
Oxunub: 802     10:59     08 Noyabr 2018    
Ermənistanda qəza nəticəsində ölən hərbi qulluqçulardan ikisi İrəvan sakini olub.

Xəbər verdiyimiz kimi, dünən saat 12:00 radələrində Gorus-Qubadlı yolunun 39-cu km-nin Vorotan-Xndzoresk hissəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı avtomobil qəzaya uğrayaraq, dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 21 nəfər hərbi qulluqçudan 4 hərbi qulluqçu ölüb, 8 hərbi qulluqçu bədən xəsarətləri almaqla Sisian hospitalına və Gorus tibb mərkəzinə təxliyyə edilib.

Ölən 4 hərbi qulluqçudan ikisi İrəvan şəhər sakini olub. Digər yaralıların həyati təhlükəsi olmadığı bildirilib.

Ölənlərdən biri, Hrant Qasparyan İrəvan şəhərinin Malatya, digər hərbi qulluqçu Hayrapet Narinyan isə Nor Areş məhəlləsinin sakinləri olublar. 20 yaşında olan hər iki hərbi qulluqçu yanvar ayında ordu sıralarından təxris olunmalıydılar.

Ordu.az

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Qəza   Ölüm  

Ölən erməni hərbi qulluqçuları barədə yeni məlumatlar - FOTOLAR

2018/11/defau-6166641732.jpg
Oxunub: 803     10:59     08 Noyabr 2018    