“İranın İraq və Suriyada hərbi mövcudluğu ABŞ-a təhlükə törədir” - Pentaqon

2018/11/us-ar-1541657596.jpg
Oxunub: 229     10:09     08 Noyabr 2018    
“İraq və Suriyada İran qoşunlarının olması ABŞ-a və ABŞ-ın dəstəklədiyi qüvvələrə potensial təhlükə yaradır. ABŞ Müdafiə Departamentinin bu ərazilərdə qoşun yerləşdirməsində əsas məqsəd İŞİD terrorçuları ilə mübarizədir, lakin ABŞ eyni zamanda İranın həyata keçirdiyi fəaliyyətə də nəzarət edir.”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözlər Pentaqon Baş Müfəttişlik idarəsinin İŞİD-ə qarşı ABŞ əməliyyatları barədə yayımlanmış hesabatında yer alıb.

Hesabatda qeyd edilib ki, bu yaxınlarda İraqda İran tərəfindən 100-150 nəfərlik İslam İnqilabı Keşikçiləri Korpusu qoşunları və İran Kəşfiyyat İdarəsi heyətinin yerləşdirilməsi ABŞ üçün potensial təhlükədir. Müdafiə Departamenti vəziyyətə müdaxilə edilməzsə, İranın bu ərazilərdəki hərbi əməliyyatlarda təsirinin arta biləcəyini qeyd edib.

Baş Müfəttişlik həmçinin Bağdaddakı ABŞ səfirliyinə və Bəsrə havalimanı yaxınlığındakı ABŞ Baş Konsulluğuna bu yaxınlarda edilən iki hücumun arxasında da İranın dayandığını düşünür.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: İraq   Suriya   Pentaqon  

“İranın İraq və Suriyada hərbi mövcudluğu ABŞ-a təhlükə törədir” - Pentaqon

2018/11/us-ar-1541657596.jpg
Oxunub: 230     10:09     08 Noyabr 2018    