Okeanın o tayından həyəcan təbili: "Ermənistan ABŞ silahına üz tutduğu halda Rusiyanı düşməninə çevirə bilər"

2018/11/23423-1541603742.jpg
Oxunub: 688     19:16     07 Noyabr 2018    
"Ermənistan ABŞ silahına üz tutduğu halda əsas tədarükçüsünü düşməninə çevirə bilər. Digər tərəfdən ABŞ bu addımı ilə alıcılıq qabiliyyəti olan Azərbaycana milyardlarla dollar dəyərində silah satmaq üçün zəmin hazırlamış ola bilər, Ermənistanın isə belə bir alıcılıq qabiliyyəti yoxdur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri "Kaliforniya Kuriyer" qəzetinin təsisçisi və redaktoru Harut Sasunyan ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun səfərindən sonra Ermənistandakı mövcud vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Bolton oktyabr ayında Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər etməklə Ağ Evin bölgə və beynəlxalq məsələlərə dair mövqeyini çatdırıb.

"O, kəskin xarici siyasət tərəfdarı kimi tanınan bir şəxsdir. Erməni rəsmiləri ilə görüşlər zamanı Bolton üçüncü ölkələrə, o cümlədən Ermənistana da təsir etmə ehtimalı olan, ABŞ tərəfindən İrana qarşı tətbiq ediləcək sanksiyalardan danışdı. Həmçinin Bolton Ermənistana ABŞ silahlarının satılması haqqında təkliflə çıxış etdi. Ermənistan-Türkiyə münasibətləri və Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparıldı.

Məlum oldu ki, Bolton Ermənistanı strateji müttəfiqi olan Rusiyadan və əsas ticarət tərəfdaşı İrandan uzaqlaşdırmaq istəyir. Bir çox yerli və rus ekspertlər Boltonun təklifindən narahatlıq ifadə etsələr də, Baş nazir səlahiyyətini icra edən Paşinyan təəccüblü də olsa bu təklifə xoş münasibət bəsləyib. O, parlamentdə çıxışı zamanı bildirib ki, Boltonla görüşüb və erməni xalqını narahat edəcək heç bir məqam yoxdur. Bu görüşü böyük siyası nailiyyət hesab edən Paşinyan, gələcəkdə bu cür çıxış etməsinə nəyin səbəb olduğunu izah edəcəyini vurğulayıb.

Ermənistan XİN vəzifəsini icra edən Zöhrab Mnatsakanyan isə əlavə olaraq bildirib ki, Boltonla dialoq çox uğurlu baş tutub. ABŞ Ermənistanın Rusiya və İranla münasibətlərinin vəziyyətini, Ermənistanın Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini və Türkiyə ilə münasibətləri ilə bağlı məsələləri başa düşüb", - deyə Sasunyan bildirib.

Erməni redaktor, ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Ermənistanın iki güc mərkəzi arasında bərabərliyi qoruyub saxlamağı bacarmalı olduğunu qeyd edib: "Bir tərəfdən bütün təminatı həyata keçirən Rusiya ilə düşmənçilik edə bilmərik, digər tərəfdən müxtəlif ölkələrlə xüsusilə Qərbi Avropa və ABŞ-la dostluq münasibətləri yaradılıb. ABŞ silahlarının Rusiya istehsalı silahları üstələdiyini deməklə Boltonun Ermənistana silah satışı təklifi etməsi erməni tərəfini təəccübləndirib. Lakin kasıb Ermənistanın bu silahları almaq üçün necə ödəniş edəcəyini qeyd etməyib. Məlum olduğu kimi Rusiya Ermənistana tədarük edilən silahların böyük əksəriyyətini kredit verməklə və ya güzəştli qiymətlərlə satır.

Ermənistan müdafiə naziri vəzifəsini icra edən Davit Tonoyan indiki məqamda ABŞ silahının alınmasına zərurət olmadığını qeyd etdiyi bir vaxtda, Paşinyan ABŞ tərəfinin təklifini müzakirə edəcəklərini bildirir. Ermənistan ABŞ silahına üz tutduğu halda əsas tədarükçüsünü düşməninə çevirə bilər. Digər tərəfdən ABŞ bu addımı ilə alıcılıq qabiliyyəti olan Azərbaycana milyardlarla dollar dəyərində silah satmaq üçün zəmin hazırlamış ola bilər, Ermənistanın isə belə bir alıcılıq qabiliyyəti yoxdur.

Boltonun digər qalmaqla səbəb olan bəyanatı Rusiya tərəfindən Azərbaycan və Ermənistana silah satışının Qarabağ münaqişəsinin həllinə əsas maneə kimi qiymətləndirməsidir. Lakin ABŞ-ın özünün hər iki tərəfə silah satışı təklif etməsi isə təəccüb doğurur. Bölgənin silahla yüklənməsi ancaq ölümlərə səbəb ola bilər".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ   Silah  

Okeanın o tayından həyəcan təbili: "Ermənistan ABŞ silahına üz tutduğu halda Rusiyanı düşməninə çevirə bilər"

2018/11/23423-1541603742.jpg
Oxunub: 689     19:16     07 Noyabr 2018    