Ölən erməni hərbi qulluqçular barədə yeni məlumatlar açıqlanır - FOTOLAR

2018/11/defau-1541602489.jpg
Oxunub: 1365     18:51     07 Noyabr 2018    
Hərbi qulluqçuları daşıyan "Kamaz"ın qəza törətməsi nəticəsində ölənlərdən biri Araqatsotn vilayət sakini olub.

Xəbər verdiyimiz kimi, bu gün saat 12:00 radələrində Gorus-Qubadlı yolunun 39-cu km-nin Vorotan-Xndzoresk hissəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı avtomobil qəzaya uğrayaraq, dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 21 hərbi qulluqçudan 4 hərbi qulluqçu ölüb, 8 hərbi qulluqçu bədən xəsarətləri almaqla Sisian hospitalına və Gorus tibb mərkəzinə təxliyyə edilib. Digər yaralıların həyati təhlükəsi olmadığı bildirilib.

Məlumata görə, ölənlərdən biri, Davit Melkonyan Araqatsotn vilayətinin Nerkin Bazmaberd kənd sakini olub. O, qışda təxris olmalı idi.

Kənd icra nümayəndəsi bildirib ki, ölən hərbi qulluqçunun iki qardaşı var, onlardan biri işğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissəsində (33651 nömrəli hərbi hissə-red) qulluq edir. Melkonyanın atası Rusiyada işləyir və bir qardaşı hərbi xidmətini başa vurub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm  

Ölən erməni hərbi qulluqçular barədə yeni məlumatlar açıqlanır - FOTOLAR

2018/11/defau-1541602489.jpg
Oxunub: 1366     18:51     07 Noyabr 2018    