RF prezidentinin köməkçisi: "KTMT Baş katibi vəzifəsinə 3 nəfərin namizədliyi nəzərdən keçirilir"

2018/11/456-1541601957.jpg
Oxunub: 377     18:44     07 Noyabr 2018    
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərləri noyabrınn 8-də təşkilatın Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Baş katibin təyin edilməsi məsələsini müzakirə edəcəklər".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda KTMT-nin yeni Baş katibi vəzifəsinə 3 nəfərin namizədliyi nəzərdən keçirilir.

"Bu məsələ qapalı rejimdə müzakirə olunacaq. 3 mümkün variant nəzərdən keçirilir. Ya 2020-ci ilədək təşkilatın Baş katibi vəzifəsini onun müavini Valeri Semerikov (Rusiya nümayəndəsi) icra edəcək, ya da Baş katib vəzifəsinə Belarusun nümayəndəsi seçiləcək. Çünki əlifba sırasına uyğun olaraq Ermənistandan sonra Belarus gəlir. Ermənistanın təkid etdiyi üçüncü variant isə 2020-ci ilin may ayınadək Baş katib vəzifəsinə erməni nümayəndəsinin seçilməsidir. Üzv dövlətlərin rəhbərlərinin hansı qərarı qəbul edəcəklərini əvvəlcədən proqnozlaşdırmaq çətindir", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, seçiləcək yeni Baş katib, vəzifəsindən geri çağırılan Ermənistanın nümayəndəsi Yuri Xaçaturovu əvəz edəcək.

Ordu.az

Teqlər: KTMT   Baş-katib  

RF prezidentinin köməkçisi: "KTMT Baş katibi vəzifəsinə 3 nəfərin namizədliyi nəzərdən keçirilir"

2018/11/456-1541601957.jpg
Oxunub: 378     18:44     07 Noyabr 2018    