Çin ABŞ-Yaponiya hərbi planlarına nəzarət etməlidir

2018/11/10444-1541599805.jpg
Oxunub: 222     18:10     07 Noyabr 2018    
Çin ABŞ və Yaponiyanın Şərqi Çin dənizindəki hərbi planlarına nəzarət etməlidir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Çinin Heilonqcanq Sosial Elmlər Akademiyasının Şimal-Şərq Asiya İnstitutunun direktoru Da Zhiqanq bildirib.

Onun sözlərinə görə, Çin və Yaponiya qarşılıqlı əlaqələrdə yaxınlaşmağa çalışsa da, eyni zamanda Yaponiya ABŞ-la da hərbi planlarından əl çəkmir və bu Çinlə olan münasibətlərə kölgə salır.

Direktor bildirib ki, buna əsas səbəb isə ABŞ-dır. Belə ki, ABŞ regionda Çini məhdudlaşdırmaq üçün Yaponiyanı özü ilə daha sıx əməkdaşlıq etməyə sövq edir.

“Birləşmiş Ştatlar və Yaponiya rəqib Çinə qarşı birgə fəaliyyət planı hazırlayır. Yaponiyanın təhlükəsizlik təmin etməyi planlaşdırdığı zona Çinlə mübahisəli zonanı da əhatə edir. Yaponiya digər ölkələrlə də təhlükəsizlik əməkdaşlığı quraraq öz əlaqələrini şaxələndirir. O eyni zamanda Çinlə də əhatəli əməkdaşlıq üçün mexanizmlər formalaşdırmağa çalışır, lakin həm də ABŞ və Avropa ilə olan münasibətlərini daha qabağa çəkir”, - deyə Zhiqanq bildirib.

Alim qeyd edib ki, Çin hələ də bir sıra tarixi problemlərin həll edilmədiyini anlamalı və Yaponiyanın ABŞ-la hazırladığı planlara yaxından göz qoymalıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   ABŞ   Yaponiya  

Çin ABŞ-Yaponiya hərbi planlarına nəzarət etməlidir

2018/11/10444-1541599805.jpg
Oxunub: 223     18:10     07 Noyabr 2018    