“National Interest”: ABŞ və NATO niyə hələ də Su-27-dən ehtiyat edir

2018/11/RTX13-1541598275.jpg
Oxunub: 1310     20:16     07 Noyabr 2018    
Su-35-lər Rusiyanın ən qabaqcıl təyyarəsi adını öz üzərinə götürsə də, Rusiya Aerokosmik Qüvvələrinin əksəriyyəti hələ də köhnə modellərdən təşkil olunub.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun “Hərbi Balans 2018” hesabatında Rusiyanın sadəcə 70 ədəd Su-35 istifadə etdiyi, buna qarşılıq 220 ədəd “Flanker”ə sahib olduğu göstərilib.

“Flanker” deyərkən buraya Su-27, onun müxtəlif növ variantları və iki oturacaqlı Su-30-lar daxildir. Lakin bu “Flanker”lə nə dərəcədə effektivdir? Onların Su-35-ə çata biləcək versiyaları varmı?

Su-27 sadəcə yarımaktiv geridönmə radarına malik raketlər, xüsusilə R-27-lərdən istifadə edə bilir. R-27ER ona geniş imkanlar və bəzi idarəetmə funksionallığı qazandırır, lakin o, yenə də ən müasir hava-hava döyüş taktikalarından məhrumdur.

Su-27-nin hava-yer imkanları isə olduqca sadədir. O, sadəcə idarə edilməyən silahlardan istifadə edə bilir. Təyyarə məhz bu xüsusiyyətinə görə, “Hərbi Balans”da “saf qırıcı” adlandırılıb.

Lakin təyyarənin yeni versiyası Su-27SM Su-27-ni gerçək bir çoxfunksiyalı təyyarəyə çevirdi. Hərtərəfli olaraq modernləşdirən təyyarədən hazırda 14 ədədi Rusiya HHQ tərəfindən istifadə edilir. O, Su-35-lərdə də istifadə edilən “Irbis-E” radarı ilə təchiz edilib.

Bir çox aspektə görə Su-35-lərin Rusiyanın ən yaxşı təyyarəsi olduğu deyilsə də, Su-27SM3-lər onlardan əhəmiyyətli dərəcədə ucuz olması və praktiki olaraq eyni dərəcədə uzaq mənzilli imkanlar təmin etməsi bu təyyarələrin dəyərini artırır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   S-35  

“National Interest”: ABŞ və NATO niyə hələ də Su-27-dən ehtiyat edir

2018/11/RTX13-1541598275.jpg
Oxunub: 1311     20:16     07 Noyabr 2018    