Almaniya silah nəzarəti ilə bağlı Çinə təzyiqini artıracaq

2018/11/53453-1541598105.jpg
Oxunub: 275     18:25     07 Noyabr 2018    
Almaniya hökuməti yaxın günlərdə Pekində baş tutacaq görüşlər zamanı Çini silahlara nəzarətini möhkəmləndirməyə təşviq edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Heyko Maas bildirib.

Onun sözlərinə görə, görüşdə əsas diqqət tezliklə elmi-fantastikadan reallığa çevrilmə potensialına malik robot və kosmos əsaslı silahlara yönəldiləcək.

Eyni zamanda Maas təmsil etdiyi hökumətin Vaşinqton və Moskvaya da təzyiqini artıraraq onları 1987-ci il Orta mənzilli Nüvə Silahları Müqaviləsinə tabe olmağa çağıracağını və bu müqaviləyə Çinin də daxil edilməsinə çalışacağını bildirib.

“Kosmik və avtonom silahlar tezliklə artıq elmi fantastik olmaqdan çıxacaq və gerçək olacaq. Ona görə də bizim bu silah sistemlərinin texnoloji inkişafına ayaqlaşa biləcək tənzimləmələrə ehtiyacımız var”, - deyə nazir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Almaniya   Çin   Silah-nəzarəti  

Almaniya silah nəzarəti ilə bağlı Çinə təzyiqini artıracaq

2018/11/53453-1541598105.jpg
Oxunub: 276     18:25     07 Noyabr 2018    