ABŞ QQ LTAMDS-ların yerləşdirilməsinə nail olmaqda acizdir

2018/11/HLXCO-1541597970.jpg
Oxunub: 296     19:14     07 Noyabr 2018    
ABŞ Quru Qoşunlarının Aşağı Səviyyəli və Raketdən Müdafiə Sensorun (LTAMDS) sahib olduğu çoxşaxəli imkanları zəifləyə bilər.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə narahatlığın olduğu ABŞ QQ rəhbərliyinin bəyanatları və müsahibələrindən aydın olur.

Ötən il ABŞ QQ-nin baş komandanı general Mark Milley altı modernizasiya prioritetini elan edərkən bildirib ki, siz öldükdən sonra bunların heç bir əhəmiyyəti yoxdur: “Bu o deməkdir ki, sizin öncəliklə havadan müdafiəyə ehtiyacınız var”.

Lakin çoxistiqamətli sensor qabiliyyəti olmadan ABŞ-ın havadan müdafiə sistemləri və onların mühafizəsində olan mülklərin hər an ölüm təhlükəsi mövcuddur. Buna görə də, ABŞ QQ 360 dərəcəli sensor sistemlərinə bu qədər can atır.

Qeyd edək ki, LTAMDS on illər əvvəl dizaynlaşdırılmış və 120 dərəcə görüş imkanına malik “Patriot” radarlarını əvəzləmək məqsədilə hazırlanıb. Lakin görülən bütün tədbirlərə baxmayaraq belə bir radarın tam təkmilləşdirilməsi heç cür mümkün olmayıb.

Ötən il isə Konqres Milli Müdafiə Səlahiyyət Qanununu təsdiq edərkən ABŞ QQ-yə xəbərdarlıq edib ki, əgər o, 2023-cü ilə qədər 360 dərəcəli sensor yerləşdirə bilməsə, LTAMDS layihəsi və onun büdcəsi Raketdən müdafiə Agentliyinə təqdim ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: LTAMDS   ABŞ  

ABŞ QQ LTAMDS-ların yerləşdirilməsinə nail olmaqda acizdir

2018/11/HLXCO-1541597970.jpg
Oxunub: 297     19:14     07 Noyabr 2018    