Almaniya HQ NATO təlimlərindən nə öyrənə bilər?

2018/11/germa-1541597867.jpg
Oxunub: 279     21:10     07 Noyabr 2018    
Rusiyanın şərq əyalətlərində Çin ilə birlikdə “Vostok–2018” təlimlərini baaş vurduqdan sonra, NATO özünün ən böyük hərbi təlimi olan “Trident Juncture 2018” təlimlərinə başladı.

Ordu.az xəbər verir ki, 300 min Rusiya və 3 min Çin qoşununun iştirak etdiyi “Vostok-2018” təlimi aşkar geosiyasi məna kəsb edirdi. Bununla birlikdə, NATO-nun müqayisədə kiçik, lakin Soyuq müharibə dövründən sonrakı ən böyük hərbi təlimi də, xüsusilə, Almaniya Hərbi Qüvvələri üçün əhəmiyyətlidir.

Xarici KİV-lərdə NATO hərbi təlimlərinin Almaniya müdafiə qüvvələrinin hazırlığının və müdafiə sahəsinə edilən investisiyanın kifayət qədər olub-olmadığını yoxlamaq baxımından əhəmiyyətli olduğu deyilir.

Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupunun özəyini təşkil edən 9-cu Zirehli Avtomobil və Tank Briqadasının verilən tapşırıqları – avadanlıqların yüklənməsi və boşaldılması, komandaya nəzarət, liderlik – vaxtında və effektiv şəkildə yerinə yetirə bildiyi bildirilib. Almaniya Hərbi Dəniz qüvvələrinin ABŞ aviadaşıyıcılarından öyrənəcəyi dərslər və taktiki gedişlər olduğu da qeyd olunur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Almaniya HQ NATO təlimlərindən nə öyrənə bilər?

2018/11/germa-1541597867.jpg
Oxunub: 280     21:10     07 Noyabr 2018    