SOK “Puma AE II” PUA-ları ilə təchiz ediləcək

2018/11/rq-20-1541597582.jpg
Oxunub: 230     17:31     07 Noyabr 2018    
ABŞ Müdafiə Departamenti “AeroVironment” şirkətini ABŞ hərbi qüvvələrini “Puma AE” kiçik pilotsuz uçuş aparatları ilə təchiz etməsi üçün 3,2 milyon dollarlıq müqavilə ilə təltif edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkət çərşənbə axşamı yayımladığı press-relizdə məlumat verib.

Müqaviləyə əsasən, “AeroVironment” ABŞ-ın Sakit Okeandakı Komandanlığını “RQ-20B Puma AE II” PUA-ları ilə təmin edəcək, təlimlər keçirəcək və lazım olduqda dəstək verəcək.

“Puma AE” quru və dəniz əməliyyatları üçün nəzərdə tutulmuş kiçik PUA-dır. Əsas missiyası müşahidə və kəşfiyyat məlumatlarının toplanması olan dronlar elektro-optik və infraqırmızı kameralarla təchiz edilib.

Qeyd edək ki, PUA-ların 2019-cu il martın 30-da təslim ediləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: PumaAEII   PUA   SOK  

SOK “Puma AE II” PUA-ları ilə təchiz ediləcək

2018/11/rq-20-1541597582.jpg
Oxunub: 231     17:31     07 Noyabr 2018    