İran Suriyadakı hökumət meyilli qüvvələr üçün baza tikir? – İDDİA

2018/11/iranb-1541596944.jpg
Oxunub: 244     19:51     07 Noyabr 2018    
İranın Suriyanın cənub-qərbində İran meyilli və Suriyada hökumət qüvvələri tərəfindən vuruşan qruplar üçün hərbi baza tikdiyi iddia edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Meir Amit Kəşfiyyat və Terrorizm İnformasiya Mərkəzi bildirib.

Mərkəzin məlumatına görə, Suriyanın Dera vilayətində iyul ayında Əsəd qüvvələri nəzarəti ələ keçirdikdən sonra İran burada baza tikməyə başlayıb.

İddia edilir ki, inşa işlərinə “Hizbullah” üzvləri rəhbərlik edərkən, prosesə İraqdakı İraqdakı İran meyilli qüvvələr də dəstək verir. Bu bazanın inşası üçün vilayətin Lacat kəndində 650-dən çox evin dağıdıldığı bildirilir.

Reiona silah-sursatların transferinə isə İran İnqilab Keşikçiləri Korpusu nəzarət edir. Ötən ay İİKK-nin bir sıra zabitləri ilə yerli silahlıların silah-sursatın ötürülməsini koordinasiya etmək məqsədilə bir araya gəldiyi iddia olunur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Suriya   Hərbi-baza  

İran Suriyadakı hökumət meyilli qüvvələr üçün baza tikir? – İDDİA

2018/11/iranb-1541596944.jpg
Oxunub: 245     19:51     07 Noyabr 2018    