“Hərbi əməliyyatlarda süni zəkaya güvənməli olacağıq” – David Hahn

2018/11/K2ZPT-1541596782.jpg
Oxunub: 285     17:18     07 Noyabr 2018    
“Hərbi əməliyyatlar zamanı insanların idarəçi vəzifəsində olmasına öyrəşmişik. Lakin süni zəkadan hərbi əməliyyatlarda istifadə edilərsə, onlara güvənməli olacağıq.”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Hərbi Dəniz Qüvvələrinin süni zəka araşdırmaları üzrə bölməsinin rəhbəri David Hahn deyib.

“Süni zəka sahəsində istifadə edilən alqoritmlərin və tətbiqetmələrin mürəkkəbliyi artdıqca onların əməliyyatları yerinə yetirmə sürəti də artır. Hərbi konteksdə istifadə olunan zaman isə, alqoritmlərlə aramızda güvən bağı yaratmalı olacağıq. Verilən alqoritmin nəticəsinin nə olduğunu əvvəlcədən bilib idarəçiliyi texnologiyaya buraxmalıyıq”.

Hahn həmçinin qeyd edib ki, gələcəkdə süni zəka ilə işləyən texnologiyaların orduda rolu əhəmiyyətli olacaq, elə buna görədir ki, Müdafiə Departamenti süni zəka araşdırmaları üçün böyük miqdarda budcə ayırır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

“Hərbi əməliyyatlarda süni zəkaya güvənməli olacağıq” – David Hahn

2018/11/K2ZPT-1541596782.jpg
Oxunub: 286     17:18     07 Noyabr 2018    