"ABŞ-ın Ermənistana qarşı təzyiqləri davam edəcək" - Manoyan

2018/11/56756-1541596615.jpg
Oxunub: 374     17:32     07 Noyabr 2018    
"Bolton gəlişi ilə bizə xəbərdarlıq mesajını verdi. Məsələ, Ermənistan üçün narahatedicidir. Eyni vaxtda ABŞ tərəfini razı salmaq və İranla münasibətləri davam etmək olmaz".

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi görüş zamanı Daşnaksütün Bürosunun "Hay Dat" və Siyasi Məsələlər üzrə ofisinin məsul şəxsi sədri Kiro Manoyan bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistana qarşı təzyiqləri davam edəcək, çünki artıq belə qərar qəbul edilib.

"Avropa İttifaqı ABŞ-ın bu yanaşmasına həmfikir olmadığına görə, ABŞ-ın qərarının nə dərəcədə ədalətli olduğu, artıq başqa mövzudur. Bu o deməkdir ki, hansısa hesablamalardan irəli gələrək, ABŞ bu qərarı müstəqil olaraq qəbul edib", - deyə Manoyan qeyd edib.

O, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfərinin məqsədlərindən başlıcasının bölgə ölkələrini xəbərdar etməkdən ibarət olduğunu deyib: "Bolton gəlişi ilə bizə xəbərdarlıq mesajını verdi. Məsələ, Ermənistan üçün narahatedicidir. Eyni vaxtda ABŞ tərəfini razı salmaq və İranla münasibətləri davam etmək olmaz".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   ABŞ   İran  

"ABŞ-ın Ermənistana qarşı təzyiqləri davam edəcək" - Manoyan

2018/11/56756-1541596615.jpg
Oxunub: 375     17:32     07 Noyabr 2018    