Erməni politoloq: "Sanksiyaların mənfi təsirləri məhz Ermənistan üzərində əks olunacaq"

2018/11/98432-1541601993.jpg
Oxunub: 409     17:06     07 Noyabr 2018    
"Ermənistan üçün mürəkkəb geosiyasi bölgə vəziyyəti yaradılır. Lakin bu dünyanın güc mərkəzlərini narahat etmir. Bölgədə öz təsirlərini artırmaq naminə amerikalılar hər cür addıma əl atarlar".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə politoloq Arman Vaneskehyan Ermənistan-İran sərhəddinin bağlanmasına dair məsələləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə yenidən geosiyasi tənzimlənmə Ermənistanın xeyrinə deyil.

"ABŞ tərəfini təəccübləndirməmək məqsədilə hamı deyir ki, bölgə üçün təhlükə yoxdur. Ancaq əslində belə deyil. Vaşinqtonda Tehranla məşgul olmağa başlayarkən yenə də nüvə silahı problemini ortaya atdılar və İrana qarşı yenə sanksiyalardan danışmağa başladılar. Belə olan halda Ermənistan daxil, bütün bölgə ölkələri çətin vəziyyətə düşəcək. İranın beynəlxalq aləmdən təcrid edilməsinə yönəlmiş sanksiyaların mənfi təsirləri məhz Ermənistan üzərində əks olunacaq.

Amerikalıların Ermənistanı ikitərəfli təcriddən hər hansı əvəzi olmadan azad etməyəcəkləri məlumdur. Vaşinqton İrəvanla moskva arasında komunikasiyanı bərpa etmək üçün Tiflisi Suxumi ərazisindən keçən dəmiryolunu açmağa razı salmayacaq. Tiflis və İrəvan əlaqələrinin yaxşı vəziyyətdə olduğunu dünyaya nə qədər də nümayiş etdirməyə çalışsalar da, məlumdur ki, Moskva ilə Tiflis arasındakı çəkişmələr hələ uzun illər davam edəcəkdir. Ermənistandan Rusiyaya yalnız baha başa gələn Yuxarı Lars yolu ilə getmək mümkündür", - deyə o bildirib.

O, bu məsələyə Qarabağ münaqişəsini və təmas xəttindəki vəziyyəti də əlavə etməyin lazım olduğunu qeyd edib: "Bununla da bölgənin dünyada ən gərgin ocaqlardan biri olduğunu demək olar. Bu bölgə Rusiya, ABŞ, İran və Türkiyə kimi güc mərkəzlərinin maraqlarının toqquşduğu təhlükəli bir bölgədir. Açıq desək, ABŞ yalnız Cənubi Qafqazda və Yaxın Şərqdə iranlıların təsirini azaltmaq deyil, həm də əsas rəqibi olan Rusiyanı bu bölgələrdən sıxışdıraraq, çıxarmaq üçün mümkün olan hər şeyi edir".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   İran   Sanksiya   ABŞ  

Erməni politoloq: "Sanksiyaların mənfi təsirləri məhz Ermənistan üzərində əks olunacaq"

2018/11/98432-1541601993.jpg
Oxunub: 410     17:06     07 Noyabr 2018    