Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları keçiriləcək

2018/11/bd6e4-1541595486.jpg
Oxunub: 634     16:57     07 Noyabr 2018    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi nəzərdə tutulur.

KQHO-da Ordumuzun sərəncamında olan ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi, qarşılıqlı fəaliyyət, məlumatların sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların dərhal qəbul edilməsi üzrə vərdişlər icra olunacaq.

Ordu.az

Teqlər: Azərbaycan-Ordusu   Təlim  

Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları keçiriləcək

2018/11/bd6e4-1541595486.jpg
Oxunub: 635     16:57     07 Noyabr 2018    