Silahlanan Asiya: Daha çox, daha yaxşı, daha güclü - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2018/11/origi-1541593538.jpg
Oxunub: 824     16:17     07 Noyabr 2018    
Asiyanın müdafiə xərcləri əsasən Cənub-Şərqi Asiya ölkələrinin büdcələrindən dəfələrlə çox olan Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi nəhənglər tərəfindən müəyyən edilir. Buna baxmayaraq, "böyük dördlüyə" daxil olmayan ölkələr də digər ölkələrin təhdidlərinə daha yaxşı cavab vermək və daxili təhlükəsizliyini təmin etmək üçün quru qoşunlarını modernləşdirir.

2017-ci ildə Cənub-Şərqi Asiya Assosiasiyasının (ASEAN) üzvü olan dövlətlər arasında ən böyük müdafiə büdcəsinə Sinqapur (10 milyard dollar), sonra İndoneziya (8,2 milyard), Tailand (6 milyard), Vyetnam (5 milyard), Malayziya (3,6 milyard), Filippin (2,8 milyard) və Myanma (2,1 milyard) malik olub. Bruney, Kamboca, Laos və Şərqi Timoru isə müdafiə xərcləri baxımından ən təvazökar ölkələr hesab etmək olar.

Fərdi xərclərin tendensiyalarını müəyyən etmək çətindir, çünki ölkələr müxtəlif təhdidlərə və müxtəlif prioritetlərə malikdir. Cənub-Şərqi Asiyadakı bəzi ölkələr Çinin Cənubi Çin dənizində ərazi iddiaları ilə bağlı narahatlıq keçirərkən, başqaları üsyancılarla mübarizə aparır və ya sadəcə quru qoşunlarını modernləşdirirlər. Məsələn, Malayziya iqtisadi problemlər səbəbindən müdafiə büdcəsini 12% azalaraq 3.6 milyard dollara endirib.

Avstriyanın "Glock" şirkəti Filippin ordusunu 74860 ədəd 9 mm-lik "Glock 17 Gen4" tapançası və eyni sayda kobura ilə təmin edəcək

Məqalədə təsvir olunan hərbi texnika və silahlar, ASEAN ölkələrindəki proseslərin ümumi mənzərəsini əks etdirir, lakin bunlar təbii ki, realaşdırılan bütün layihələrin tam bir hesabatı kimi qəbul edilməməlidir.

Göstərici biznes

Sinqapur nəzərdən keçirilmək üçün daha uyğundur. Bu 2018-ci ilin fevral ayında keçirilən "Sinqapur Airshow 2018" aviaşousu ilə əlaqədardır.

İlk növbədə qeyd edək ki, ST "Kinetics" istehsalı tezliklə başlayacaq növbəti nəsil NGAFV (Next-Generation Armoured Fighting Vehicle) zirehli vasitəsini təqdim etdi. İlk NGAFV maşınları gələn il Sinqapur Ordusuna çatdırılacaq, həmçinin onun bazasında zirehli təmir-təxliyyə maşını və körpüdüzmə vasitəsi də hazırlanacaq. Sinqapur, silahlanmasında mövcud olan M113A2 "Ultra" zirehli personal daşıyıcılarını əvəz etmək üçün sifariş etdiyi nəqliyyat vasitələrinin sayını açıqlamır.

Sinqapurun "Airshow"da təqdim olunan NGAFV prototipi 30 mm-lik Mk44 "Bushmaster II" topu və 7,62 mm-lik pulemyotla təchiz edilən "Adder M30" uzaqdan idarə olunan silah moduluna sahibdir. "Kinetics Design & Manufacturing" şirkətinin tırtıllı texnikalar mərkəzinin baş mühəndisi bu ideyanın sıfırdan yarandığını bildirib.

Onun sözlərinə görə, NGAFV dünyanın ilk tam rəqəmsal zirehli döyüş vasitəsidir ki, o, dairəvi müşahidə kamera sisteminə və yaşlanma problemlərinin həllini asanlaşdıran açıq bir arxitektura elementləri ilə təchiz olunub. Maşının monitorinq sistemi bütün parkdakı vasitələrin rahat texniki baxışdan keçirilməsini, ehtiyacı olan texnikaların sürətli və vaxtında təmir üçün göndərilməsini təmin edir. Əsasən də komandirin müstəqil nişangahı axtarış-zərbə rejimində fəaliyyət göstərməyə imkan verir.

Maşının kütləsi silah sistemindən və zireh səviyyəsindən asılı olaraq 29-dan 32.5 ton arasında dəyişir. Pilotsuz texnologiyaların inteqrasiyası perspektivli istiqamət hesab edilir, məsələn PUA-lar və ya məsafədən idarə edilən yerüstü vasitələr korpusda yerləşdirilə bilər.

ST "Kinetics", ABŞ ordusunda öz platformasını irəlilətmək üçün, bu ölkədən olan tərəfdaşı, SAIC şirkəti ilə "Cockerill 3105" qülləsində 105 mm-lik top yerləşdirmək üçün "Mobile Protected Firepower" layihəsi çərçivəsində fəal əməkdaşlıq edir.

Bundan əlavə, sərgidə ST "Kinetics" qabaqcıl döyüş avadanlıqlarını da nümayiş etdirdi. Komponentlərin bəziləri mövcud olan "Individual Eco-Lightweight Equipment" (ARIELE) avadanlıqlarına əsaslanır, digərləri isə hələ də inkişaf mərhələsindədir.

Məsələn, lazerlə kəsilən bir neçə qat təbəqədən ibarət "Personal Reinforced Outer Tactical Equipment Carrier" taktiki gödəkcələri (razqruzka) əsgərə ön və arxa hissələrinin, bel kəmərinin və müxtəlif bağlanma elementlərinin köməyi ilə yükünü bərabər paylamağa kömək edir. Sinqapur Ordusu bu taktiki gödəkcələrdən 250 dəst əldə edib, əlavə dəyişikliklər edildikdən sonra 2019-cu ilin martından başlayaraq, mərhələli şəkildə nizami hərbi hissələri bu avadanlıqlarla təchiz ediləcəklər.

ST "Kinetics" ARIELE taktiki gödəkcələrinin əsas xüsusiyyətləri:

- Passiv və aktiv bədən soyutma sistemi mövcuddur;
- Əsas bədən üzvlərinin əhəmiyyətli göstəricilərini izləmək üçün tibbi sensorlara sahibdir;
- Tropik ayaqqabı dəstə daxildir;
- Əsgər yükünu 80%-ə qədər azalda bilən ekzoskeletə sahibdir;
- Ballistik qorunma yüngül sıxılan polietilenlə təmin olunur;
- Kürək çantası ayrıca çərçivəyə malikdir;
- Enerjiyə qənaət edən idarəetmə sistemi mövcuddur.

ST "Kinetis" şirkətinin əsgər avadanlıqları bölməsinin rəhbəri Benjamin Xo deyir ki, onlar taktiki gödəkcələrin seriya istehsalına çox yaxındır.

Maniken gələcək əsgər üçün proqramın müxtəlif elementlərini nümayiş etdirir. Onun əlində ST "Kinetics" şirkətinin "bullpup" sxemli 5.56 mm-lik BR18 tüfəngidir

Şirkət eyni zamanda 5.56 mm "Ultramax" yüngül pulemyotu ilə silahlanan "Stinger" kvadrokopterini nümayiş etdirib. Xo deyir ki, onun atəş testləri 2017-ci ildə başlansa da, digər proseslər hələ davam edir. Burada məqsəd, kvadrikopter nişangahından genişləndirilən reallıq görüntülərini "SHielded ADvanced Eyewear System" eynəklərində nümayiş etdirməkdən və sistemi də bu eynəklərin köməyi ilə idarə etməkdən ibarətdir. ST "Kinetics" həmçinin beyin dalğalarından istifadə edərək mikro-PUA-ların idarəetmə sistemi üzərində işləyir.

Eyni sərgidə, şirkət özünün "Bullpup Multirole Combat Rifle" prototipi əsasında hazırladığı 5.56 mm-lik BR18 tüfəngini də təqdim etdi. Yeniliklərdən biri yenilənən tətik oldu. Silahı doldurma tutacaqları, atəş rejimi və xəzinəni çıxarma düymələri sağ və sol əllə istifadə rahatlığı üçün hər iki tərəfə yerləşdirilib. 2017-ci ilin ortalarında keçirilən kvalifikasiya sınaqlarından sonra, BR18 tüfəngi seriya istehsalı üçün hazırdır. Lakin göründüyü kimi, Sinqapur ordusu standart SAR 21-lərini əvəz etmək üçün hələ tələsmir. Yeni tüfəng 645 mm uzunluğa və xəzinəsiz 2.9 kq çəkiyə malikdir.

Sinqapur Ordusu üçün yeni məhsullar arasında "Leopard 2SG" tanklarına quraşdırılan çoxfunksiyalı komandir nişangah kompleksi də qeyd edilməlidir. Kompleks "ST Electronics" şirkətinə məxsus STELOP laboratoriyası tərəfindən hazırlanıb və daha çox "Leopard 2" tankında standart olaraq quraşdırılan PERI-R17 A2 nişangahlarını əvəz edib. Yeni cihaz daha geniş bir görünüş sektorunu və yüksək dəqiqliyi təmin edir, tərkibində isə bir ədəd termal kameranı, bir ədəd lazer məsafəölçənini və təkmilləşdirilən optik elementləri birləşdirir.

Sinqapur ordusu, piyada bölmələri üçün "Rafael" şirkətinin məşhur "Spike Short Range" (SR) TƏİRK-ni silahlanmaya qəbul edib. 2017-ci ilin may ayında bu kompleks döyüş bölmələrinin standart silahı kimi göstərildi. Sinqapur bu tank əleyhinə kompleksin Asiyada ilk xarici müştərisi oldu. Əsas döyüş tankları ilə mübarizə aparmaq üçün nəzərdə tutulan "Spike SR" kompleksi İsveçin "Saab" şirkətinin 84 mmlik "Carl-Gustaf" qumbaraatanlarını əvəz etdi. "Spike LR" uzaqmənzilli kompleksləri isə 1999-cu ildən Sinqapurda mövcuddur.

Müxtəlif planlar

Ötən ilin oktyabr ayında ilk dəfə olaraq İndoneziya ordusu ictimaiyyətə 105 mm "CMI Defence" topuna malik "Cockerill 3105" qülləsi ilə təchiz olunan orta tankın prototipini nümayiş etdirdi. Tank Türkiyənin FNSS və İndoneziyanın "RT Pindad" şirkətləri tərəfindən təşkil edilən birgə müəssisə tərəfindən hazırlanıb. 2016-cı ilin noyabr ayında taktiki və texniki xüsusiyyətləri təsdiq edilib. "RT Pindad" şirkətinin direktoru bildirib ki, tankın istehsalı bu il başlayacaq və ordunun ilkin tələblərini yerinə yetirmək üçün 100 tank istehsal olunacaq. İndoneziya ordusu ümumilikdə 300 tank əldə edə bilər.

Təkərli nəqliyyat vasitələrinə gəldikdə, "RT Pindad" 2008-ci ildə "Apoa-1" 6x6 zirehli personal daşıyıcısının istehsalına başlayıb. "Apoa-2" variantı isə 2012-ci ildə buraxılıb. Digər "Badak" modeli sonuncunun korpusunun bazasında qurulub və 90 mm CSE 90LP topa sahib iki yerlik qüllə ilə təmin edilib. Layihə Belçikanın "CMI Defense" şirkəti ilə birgə əməkdaşlığın "meyvəsidir". "Badak" zirehli nəqliyyat vasitələri İndoneziyada ildə 25-30 ədəd istehsal olunur.

Ötən ilin sentyabr ayında mətbuatda çox da narahatlıq hiss edilmədən 4 ədəd "Steyr Pandur II 8x8" zirehli vasitələri (2 ədəd 12.7 mm pulemyotla, 1 ədəd 30 mm topla və 1 ədədi 105 mm top ilə birlikdə) İndoneziyaya gətirildi. Lakin ölkənin bu maşınlardan nə qədər almaq niyyətində olduğu məlum deyil.

2017-ci ilin fevral ayında İndoneziya 18 ədəd 155 mmlik SESAR özüyeriyən haubitsalar alıb. Fransanın "Nexter" şirkətinin mətbuat xidmətindən bildirilib ki, artilleriya sistemlərindən əlavə şirkət İndoneziya ordusunu FINDART atəşi idarəetmə sistemi, CAESAR təlim simulyatorları və "Pindad" tərəfindən toplanan 50-dən çox köməkçi artilleriya vasitələri ilə təchiz edəcək. 2012-ci ildə İndoneziya "Renault Sherpa 6x6" şassisi bazasında yerləşən 36 ədəd SESAR haubitsasını əldə etmək üçün ilk müqavilə imzalayıb.

İndoneziya Dəniz Piyada Korpusu 2016-cı ildə Ukraynanın 5 ədəd "BTR-4M 8x8" ZPD-lərinin ilk partiyasını alıb. Maşınların amfibiya xüsusiyyətləri ilə bağlı Rusiya mediasında səslənən şikayətlər barədə isə "Ukroboronexport" rəsmiləri iddiaları təkzib edərək hər şeyin "saxta informasiya müharibəsinin" bir hissəsi olduğunu bildirdilər. İndoneziya Müdafiə Nazirliyi köhnə BTR-50K daşıyıcılarını dəyişdirmək üçün əlavə 50 ədəd BTR-4M zirehli personal daşıyıcısı almaq niyyətindədir.

"PT Pindad" və FNSS birgə istehsalı 35 ton ağırlığında "Kaplan" tankıdır. Maşın "CMI Defence"dən 105 mm-lik bir top ilə silahlanan "Cockerill 3105" qülləsi ilə təchiz olunur

Dosta kömək

Tayland hərbi texnikanın müasirləşdirilməsinin təcili vəzifələrini yerinə yetirmək üçün böyük ümidlə Çinə doğru istiqamətlənib. 2016-cı ilin mart ayında, 28 ədəd "Norinco" VT4 tankının alınması üçün 137 milyon dollarlıq müqavilə imzalandı. Bunlar köhnə M41 yüngül tanklarını əvəz etməli idi. İlk partiya ölkəyə qrafikdən 6 ay əvvəl, oktyabr ayında gəldi. Tayland ordusu ölkənin şimal-şərqində yerləşən 3-cü zirehli diviziyanın iki taborunu VT4 tankları ilə təchiz etdi. Bu tanklar İsrailin "Tadiran" şirkəti tərəfindən istehsal edilən VRC-745G/CNR-900T radiostansiyaları ilə təchiz olundu.

Ordu büdcəyə ayrılan vəsaitlərə uyğun olaraq 10 ədəd VT4 tankından ibarət ikinci partiyanı satın alıb və daha 10 ədəd tankı da əldə etməyi planlaşdırır. Bundan əlavə, Çin Taylandda hər iki ölkə mütəxəssislərinin çalışaçağı, xidmət və logistika mərkəzi quracaq.

Tayland ordusu keçən il 57 milyon dollarlıq 34 ədəd Çinin üzən BMP VN1 8x8 maşınlarını sifariş etdi və "Norinco" bu ilin sonunda avadanlıqların çatdırılmasını təmin edəcək. Taylandın BMP VN1 maşınları 30 mm top, 40 mm avtomatik qumbaraatan, 7.62 mm pulemyot və HJ-73D raket atıcı qurğusu ilə təchiz olunub. Ordu yaxın gələcəkdə BMP VN1-in ikinci partiyasını satın almaq niyyətindədir.

2015-ci ildə keçirilən Müdafiə sərgisində Tayland Müdafiə Nazirliyinin qurumlarından biri olan Müdafiə Texnologiyaları İnstitutu, "Black Widow Spider 8x8" ZPD-nin prototipini təqdim etdi. 2016-cı ildəki sınaqlardan sonra, "Black Widow Spider" zirehli vasitəsi artıq M113 və "Type 85" zirehli personal daşıyıcılarını əvəz edəcək potensiala malikdir.

Ötən il, Müdafiə Texnologiyaları İnstitutu üzmə və dalğa qaytaran dəstə malik AARS (Amphibious Armoured Personnel Carrier) personal daşıyıcısını nümayiş etdirdi. Gəmidən sahilə desant çıxarmaq üçün nəzərdə tutulan 24 ton ağırlığında olan AARS platforması Dəniz Piyada Korpusunun tələblərinə cavab verməlidir. Sinqapurun "ST Kinetics" şirkəti tərəfindən hazırlanan qüllə 30 mm-lik top ilə təchiz olunur. İnstitutun nümayəndəsi deyib ki, AARS platforması "Black Widow Spider" maşını ilə 90% səviyyəsində uyğunlaşdırılıb və onun inkişafı bu ilin sonunda başa çatmalıdır.

8x8 zirehli vasitənin seriya standartına çevrilməsi texniki cəhətdən çətin bir işdir və Tayland ordusu bu yerli dizaynın həllinə güvənəcəyini gələcəkdə bildirəcək.

Daha böyük və daha yaxşı

Tayland şirkəti "Chaiseri" özünün "First Win 2 4x4" MRAP zirehli vasitəsini göstərmək üçün "Defense & Security 2017" sərgisini seçdi. Ötən ilin sonunda şirkət bu təkmilləşdirilən vasitələrin ilk partiyasını Tayland ordusuna çatdırdı. "Chaiseri" şirkətinin direktorunun avtomobillərin sayını qeyd etməməsinə baxmayaraq, tədarüklər 2018-ci ilin mayına qədər davam etdiriləcək. Bəzi məlumatlara görə, bu partiyada 100-dən çox "First Win 2 4x4" MRAP zirehli vasitəsi mövcud olub.

"First Win 2" maşınındakı ən əhəmiyyətli dəyişiklik qorunma səviyyəsindəki artım idi. Onun 11 ton orijinal versiyadakı çəkisi idxal edilən poladdan istifadəyə görə dəyişməz qaldı. Bundan əlavə, bir rəqəmsal məlumat mərkəzi də inteqrasiya olundu, dairəvi termal görüntüləmə sistemi quraşdırıldı və tüstü qumbaralarının aktivləşdirilməsi lazer şüalanmasından xəbərdarlıq sistemi ilə birləşdirildi.

Taylandın Dəniz Piyadaları hazırda V-150 "Cadillac Gage Commando" zirehli personal daşıyıcılarından istifadə edir. Lakin bu köhnə platforma, Taylandın cənubundakı üsyançılar tərəfindən aktiv istifadə olunan mina və kustar üsulla hazırlanan partlayıcı qurğulara qarşı kifayət qədər qorunmaya malik deyil.

V-150 modifikasiyasını modernləşdirmək üçün "Panus Assembly" kompaniyası iki qatlı zirehli poladdan hazırlanan 12 mm qalınlığında korpusa və 16 mm qalınlığında V formatlı alt hissəyə malik HMV-150 platformasını hazırladı. 16 ton ağırlığında olan yeni platformaya kondisioner sistemi, projektorlar, infraqırmızı fənərlər, ön və arxa video kameralar əlavə olunub. Təcrübə sınaqlardan sonra Dəniz Piyada Korpusu ötən ilin sentyabrında ölkənin cənub bölgələrində HMV-150 avtomobillərini yerləşdirməyə başladı. Əgər bu həll özünü real döyüş şəraitində yaxşı göstərsə, onda hərbçilər daha 24 ədəd V-150 nəqliyyat vasitəsini də təkmilləşdirəcək.

Artilleriyaya gəldikdə isə Dəniz Piyada Korpusu, "Elbit Systems"dən ATMOS ailəsinə məxsus 155 mm L/52 özüyeriyən ATMG (Autonomous Truck-Mounted Gun) qurğusu əldə etməyi planlaşdırır. 2015-ci ildə ordu artıq İsraildən 6 ədəd "Tatra" 6x6 şassisi üzərində quraşdırılan ATMG haubitsa alıb. İndi isə Ordu ATMG layihəsinin ikinci mərhələsinə başlayıb. Layihə 18 ədəd ATMG-dən ibarət bir divizion qəbul edəcək və bu sistemlər Taylandda yığılacaq.

Tayland Müdafiə Nazirliyi "Defense & Security 2017" sərgisində İsrailin" Elbit Systems" şirkəti ilə əməkdaşlıqda inkişaf etdirilən ATMMM (Autonomous Truck-Mounted Mortar) mobil minaatan kompleksini nümayiş etdirdi.

ATMM kompleksi "Tatra" 4x4 şassisi üzərində quraşdırılan 120 mm "Soltam Spear" minaatanıdır. ATMM kompleksinin atəş məsafəsi 6.5 km-dir, dayandıqdan iki dəqiqə sonra ilk atəşi aça bilir. Taylandda silah istehsal edən mərkəz, bir minaatan batareyanı silahlandırmaq üçün 10 ədəd ATMM sistemi istehsal etməlidir.

Tayland, həmçinin 2018-ci ilin sonlarında Rusiyadan iki piyada diviziyası üçün AK-100 avtomatlarını alacaq.

Kredit almaq

Son illərdə Vyetnam öz donanmasının və təyyarələrinin imkanlarını artırmağa diqqət yönəldib. Vyetnam ordusu nəhayət tanklar parkını yeniləmək üçün Rusiyadan 64 ədəd T-90S/SK tankını sifariş edib. 250 milyon dollar dəyərində olan bu saziş Rusiyanın krediti hesabına maliyyələşdirilir. İlk çatdırılma keçən ilin noyabr ayında baş verib. Ölkənin ehtiyacları 200 tankdan daha çox ola bilər və buna görə T-90S tanklarının əlavə sifarişləri istisna edilmir.

Vyetnam ordusu silahlanmasında mövcud olan 310 ədəd köhnə T-54/55 tanklarını 1000 at gücünə malik yeni mühərrik, müasir atəşi idarəetmə sistemi, dinamik mühafizə və yeni 105 mm-lik top ilə modernləşdirdi.

Vyetnamdakı Z111 müdafiə zavodu Rusiyanın 12.7 mmlik OSV-96 snayper tüfənglərini istehsal edir. Rusiyanın "Cihaz Mühəndisliyi Dizayn Bürosu" şirkətinin lisenziyalı məhsulların istehsalını sadələşdirmək üçün texnologiyanı Vyetnama verdiyi ehtimal edilir. Eyni zavod 7.62 mm AKM hücum tüfəngləri və "Israel Weapon Industries" şirkətinin "Galil ACE 31/32" hücum tüfənglərini də istehsal edir.

2018-ci ilin dekabr ayında Vyetnam və Rusiya yerli və regional bazarlar üçün yük maşınlarının istehsalını lokallaşdırmaq üçün müqavilə imzaladılar. Mülki modellərə diqqət yetirilməsinə baxmayaraq, planlar "Kamaz" və UAZ xüsusi hərbi texnika istehsalını əhatə edirdi. 2016-cı ildə "Kamaz" Vyetnama təxminən 550 hərbi yük maşını göndərib və hazırda orada 4500 ədəd belə nəqliyyat vasitəsi istismar edilir.

"ST Kinetics"in NGAFV zirehli vasitəsi, Sinqapur ordusunun M113 "Ultra" zirehli personal daşıyıcılarının yüksək texnologiyalı əvəzidir

Malayziya müxtəlifliyi

Malayziyanın "DRB-Hicom (DefTech)" şirkəti 2011-ci ildə 8x8 konfiqurasiyasında 257 ədəd AV8 maşınların hazırlanması üçün mühüm müqaviləni əldə etdi. 559 milyon dollar dəyərindəki saziş Türkiyənin "Pars" platforması bazasında 12 müxtəlif variantın istehsalını nəzərdə tuturdu. "DefTech"in İcraçı Direktoru bu müqavilənin hazırkı vəziyyəti barədə məlumat verib. Məlumata görə, keçən ilin noyabr ayında Malayziya ordusuna 5 variantda (30 mm top ilə piyada döyüş maşını, 25 mm top ilə piyada döyüş maşını, 12.7 mm pulemyotla zirehli personal daşıyıcısı, kəşfiyyat vasitəsi və LCT30 tank əleyhinə idarəedilən raketə malik maşınlar) 97 ədəd vasitə sifarişçiyə təslim edilib. Bütün avtomobillər tam həcmdə 2020-ci ilin sonuna qədər çatdırılacaq.

Malayziya ordusu AV8 avtomobilləri ilə iki diviziyanı təchiz edəcək, lakin daha iki diviziyanı təchiz etmək üçün ən səmərəli üsul mövcud "Condor 4x4" ZPD-lərini (təxminən 459 ədəd nəqliyyat vasitəsinin təxminən yarısı hələ də istifadə edilir) yeniləyərək onların xidmət müddətini 15-20 il uzatmaqdan ibarətdir. Bu baxımdan, "DefTech" şirkəti Bankokda keçirilən sərgidə "Condor"u təkmilləşdirilən platformda təqdim etdi.

Təkmilləşdirilən "Condor" vasitəsinin yenilənməsi artıq başa çatdırılıb və "DefTech" Malayziya ordusunun bu il səslənəcək tələblərini gözləyir. "Chaiseri" ilə əməkdaşlıqda modernləşdirilən və təkmilləşdirilən platforma daha yaxşı zireh mühafizəsinə, V formalı korpusa, müstəqil asqıya, aşınmaya davamlı təkərlərə, rəqəmsal arxitekturaya (displeylər və çoxsaylı kameralar), 300 at gücündə "Cummins" mühərrikinə, "Allison" avtomatik sürətlər qutusuna və daha güclü kondisioner sisteminə malikdir.

Uzunmüddətli tələbləri yerinə yetirmək üçün Livandakı Malayziyanın sülhməramlı taborunun 46 ədəd "Condor" ZPD-ləri "International Armored Group"un "Guardian" maşınları ilə əvəz olunacaq. Malayziya Müdafiə Nazirliyi keçən ilin payızında 9 ədəd "Guardian" daşıyıcısının ilin sonunadək Livana gələcəyini açıqlasa da, onlar hələ də təslim edilməyib.

Malayziya ordusu, "First Win" zirehli vasitəsinin bazasında "DefTech" və "Chaiseri" tərəfindən birgə hazırlanan AVT 4x4 zirehli personal daşıyıcısını silahlanmaya qəbul edib.

7.62 mm "M134D Minigun" pulemyotları ilə təchiz olunan 18 ədəd AV4 Şərqi Sabah ştatında, ikisi isə təlim üçün istifadə olunur. 20 ədəd əlavə AV4 zirehli vasitəsi də sifariş verilib ki, onların da komponentlərinin təxminən 80%-i Taylanddan idxal edilərkən, son montaj və inteqrasiya mərhələsi Malayziyada həyata keçirilir.

2015-ci ildə bağlanan müqaviləyə əsasən Malayziyaya "Thales" istehsalı olan "Starstreak" raketlərinin son partiyası bu il çatdırılacaq. "Rapid Rover" konfiqurasiyasında atıcı qurğular "Qlobal Komited GK-M1 4x4" maşınlarında quraşdırılacaq.

Müvəffəqiyyət arxasınca

Filippin ordusu "Horizon 2" modernləşdirmə proqramı (2018-2022) dövründə 185 milyon dollarlıq büdcəsi ilə 44 yüngül tankın alınması üçün çox iddialı planlar qurur. Moto-Piyada diviziyasının üç tank bölüyünün tanklarla təchizatı bu ilin sonunda və ya növbəti ilin əvvəlində başlaya bilər. 2017-ci ildə Filippin əsgərləri Maravi şəhərini üsyançılardan təmizləyərkən bu tankların əvvəlki versiyaları özlərini şəhər döyüşlərində müsbət cəhətdən göstərə bildilər.

Texniki göstəricilər hələ qəti şəkildə müəyyən edilməyib, lakin tank 105 mm-lik topa malik olmalı və 35 tondan ağır olmamalıdır. Lakin prioritetlər dəyişməyə meyllidir. İndi Ordu daha çox 105 mm çaplı topa malik 8x8 konfiqurasiyaya TƏİRK quraşdırılmasına daha çox üstünlük verir.

Aydındır ki, Avropa, Cənubi Koreya və Türkiyədən müxtəlif variantlar nəzərdən keçirilir. 8x8 tank əleyhinə qurğu ilə yanaşı, Filippin 105 mm top ilə yüngül tırtıllı tanka da sahib olmaq istəyir. Bu kateqoriyada namizədlər məhdud olsa da, "PT Pindad" istehsalı "Kaplan" və "Hanwha Defense" şirkətindən K21-105 tanklarının (hər ikisi "CMI Defence" qulləsi ilə təchiz edilir) şansları yüksək qiymətləndirilir.

TƏİRK/yüngül tank müqaviləsini əldə edən firma gələcəkdə digər əməkdaşlığa da cəlb oluna bilər. Filippin ordusu insansız qüllədə 30 mm topa malik təkərli zirehli personal daşıyıcısı da əldə etmək istəyir. Büdcənin imkanlarına görə hələlik ordu 12.7 mm pulemyotlu döyüş modulu ilə 6x6 ZPD ilə kifayətlənir. Filippin ordusu əldə edəcəyi hər 3 növ zirehli vasitələrin bütün silah sistemlərin yüksək səviyyədə vahid standartlara uyğun gəlməsini tələb edir. Bu proqramın inkişafını izləmək maraqlı olacaq.

Filippin ordusu, 2015-ci ildə artıq hərbi texnika və əmlakın digər ölkələrə köçürülməsi proqramı çərçivəsində əldə etdiyi 114 ədəd M113A2 ZPD-dən 44 ədədinin modernləşdirilməsini planlaşdırır. Təxminən 20.5 milyon dollar dəyəri olan "M113 Firepower Upgrade" proqramına əsasən, daşıyıcılara uzaqdan idarə edilən 12.7 mm-lik pulemyotlu modul quraşdırılacaq. 5 ədəd ZPD isə 81 mm-lik "Soltam Cardom" minnatanlarının daşıyıcılarına (120 mm "Cardom" minaatanlarını satın aldıqdan sonra ZPD-lər onu da qəbul edə bilər) çevriləcək.

"Elbit Systems"in artıq 28 ədəd M113 zirehli personal daşıyıcısını uğurla modernləşdirdiyini (onlardan 14 ədədi köhnə "Scorpion" tanklarından 76 mm top, 4 ədədi 25 mm UT-25 topu və 6 ədədi isə 12.7 mm uzaqdan idarə edilən modula sahib pulemyot əldə etdi) nəzərə alsaq, İsrail şirkətinin əlverişli vəziyyətdə olduğunu və növbəti müqaviləni əldə edə biləcəyini ehtimal etmək olar.

Silahlanma vaxtıdır

2017-ci ilin aprelində Filippin Dəniz Piyada Korpusu İsraildən ilk 3 ədəd çəkilən 155 mm L/39 "Soltam M-71" haubitsalarını əldə etdi. Daha sonra 9 sistem də əldə edildi, onlardan 3 ədədi Dəniz Piyada Korpusuna, 6 ədədi isə orduya verildi. İlk dəfə olaraq ölkənin dəniz piyadaları 155 mm artilleriya sistemlərinə sahib oldu. 2015-ci ildə "Elbit Systems" 8.3 milyon dollar dəyərində müqavilə qazandığı üçün gələcəkdə də 155 mm çaplı haubitsalar üçün əlavə sifarişlər əldə edəcəyi gözlənilir.

Müdafiə Nazirliyi kiçik silahlara olan ehtiyacları qarşılamaq məqsədi ilə, 2017-ci ilin sentyabr ayında Avstriyanın "Glock" şirkətinə 74861 ədəd 9 mm "Glock 17 Gen4" tapança və koburaların tədarükü üçün müqavilə şərtlərini qəbul etməsi barədə məlumat verdi. 24.3 milyon dollar dəyərində müqavilə çərçivəsində 35000 tapançadan ibarət ilk partiya 180 gün ərzində, ikinci partiya isə 90 gün ərzində təhvil verilməlidir.

"Glock"un idarəedici direktoru deyib ki, bu müqavilə yəqin ki, tarixdə bir dəfəyə ən böyük tapança və kobura sifarişidir. Tapancalar Filippindəki "Glock" ofisi vasitəsi ilə çatdırılacaq. Hər bir təslim edilən silah dəstinə 3 ədəd 17 mərmilik xəzinələr əlavə ediləcək. Bundan başqa Filippin tapançaları yeni "Gen5" modelinin daha mütərəqqi tətik mexanizmini qəbul edəcək.

Müdafiə Nazirliyi "Kia Motors"dan taktiki nəqliyyat vasitələri və yük maşınları almaqda davam edir. Keçən ilin dekabrında şirkətə 1.25 ton ağırlığında 108 ədəd KM450 4x4 taktiki nəqliyyat vasitəsi, 2.5 ton ağırlığında 37 ədəd KM250A 6x6 yük maşını DPK üçün, ordu üçün isə 190 ədəd KM250A 6x6 və 10 ədəd KM250 bazasında texniki yardım maşını üçün sifariş verilib.

Ümumi müqavilənin dəyəri 34.9 milyon dollar təşkil edir. "Kia Motors" dəfələrlə öz məhsullarını Filippin hərbi birləşmələrinə satmağa nail olub.

Ötən il Türkiyənin ASELSAN şirkəti 15 milyon dollar dəyərində 4464 ədəd A100 monokulyar cihazı Filippinə tədarük edib. Onlar həm xüsusi əməliyyat qüvvələri, həm də terrorçu və müxtəlif qruplara qarşı mübarizə aparan müntəzəm piyada qoşunları üçün nəzərdə tutulub.

"Horizon 2" proqramı çərçivəsində Filippinin çox sayda müxtəlif silah və hərbi texnikaya tələbatı yaranıb: 832 ədəd snayper tüfəngi, 60 uzaqmənzilli snayper tüfəngi, 37744 ədəd bədən qorunma dəsti, 79307 dəbilqə, 11000 gecə görmə cihazı, kütləvi qırğın silahlarından qorunması üçün sayı açıqlanmayan avadanlıqlar və s. Filippin Müdafiə Nazirliyi bundan əvvəl böyük əhəmiyyət kəsb edən İMİ-dən EXTRA YARS sisteminin orduya tədarükünün təxirə salınması nəticəsində yuxarıda sözügedən əmlakların alınması yüksək prioritet qazanıb.

Məlumat Nikolay Antonovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Asiya   Silah-satışı   Hərbi-xərclər  

Silahlanan Asiya: Daha çox, daha yaxşı, daha güclü - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2018/11/origi-1541593538.jpg
Oxunub: 825     16:17     07 Noyabr 2018    