"Avrasiya formatında Ermənistan ikinci dərəcəli iştirakçı ölkə hesab olunur" - EKSPERTLƏR

2018/11/15366-1541588179.jpg
Oxunub: 427     15:08     07 Noyabr 2018    
"KTMT-nin Baş katibi ya Ermənistan nümayəndəsi olacaq, ya da Ermənistanın səlahiyyət müddəti başa çatanadək heç kim bu vəzifəyə seçilməyəcək".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Leonid Nersisyan Astanada baş tutacaq KTMT-nin zirvə toplantısı ilə bağlı məsələləri müzakirə edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Vağarşak Harutyunyanın KTMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürüləcəyi gözləniləndir.

"KTMT-nin Baş katibi ya Ermənistan nümayəndəsi olacaq, ya da Ermənistanın səlahiyyət müddəti başa çatanadək heç kim bu vəzifəyə seçilməyəcək", - deyə o qeyd edib.

İrəvan mətbuat klubunun rəhbəri Boris Navasardyanın fikrincə isə Ermənistan KTMT-də sədrliyini qoruyub saxlamaq üçün həddindən artıq diplomtik səy göstərir.

Onun sözlərinə görə, KTMT Baş katibi vəzifələrini icra edən şəxsin olmaması 2020-ci ilədək qeyri-müəyyən dövr yarada bilər.

"Avrasiya formatında Ermənistan ikinci dərəcəli iştirakçı ölkə hesab olunur. Məhz KTMT-nin zirvə toplantısında Ermənistana qarşı ikinci səviyyəli ölkə münasibətinin göstərilməsinin dəyişib-dəyişmədiyi məlum olacaq", - deyə Navasardyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Ermənistan  

"Avrasiya formatında Ermənistan ikinci dərəcəli iştirakçı ölkə hesab olunur" - EKSPERTLƏR

2018/11/15366-1541588179.jpg
Oxunub: 428     15:08     07 Noyabr 2018    