Əşrəf Qani NATO Baş katibi ilə görüşüb

2018/11/20181-1541587264.jpg
Oxunub: 210     14:40     07 Noyabr 2018    
Ötən gün Əfqanıstan Prezidenti Əşrəf Qani və NATO Baş katibi Yens Stoltenberq görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tərəflər keçirdikləri mətbuat konfransında danışıblar.

Qani Əfqanıstan Hərbi Hava Qüvvələri Xüsusi Təyinatlı Dəstələri Korpusunun möhkəmlənməsi sahəsində göstərdiyi dəstəyə görə NATO-ya təşəkkürünü bildirib. Stoltenberq isə öz növbəsində NATO-nun Əfqanıstanı dəstəkləməyə davam edəcəyini deyib. O, eyni zamanda əfqan hərbi qüvvələrindəki islahatları və ordunun təchizatını bəyəndiyini qeyd edib.

Stoltenberq “Taliban” qiyamçılarından bəhs edərkən, onlar Əfqanıstanın gələcəyinin bir parçası olmaq istəyirlərsə, mübarizələrinin səmərəsiz və qeyri-effektiv olduğunu başa düşməli və müzakirə masasına oturmalıdırlar sözlərindən istifadə edib.

Prezident Qani qeyd edib ki, prezident seçkiləri planlaşdırıldığı vaxtda keçiriləcək və Əfqanıstan milli təhlükəsizlik qüvvələri seçkilər zamanı baş verə biləcək istənilən mənfi hadisəni dəf etməyə hazırlıqlıdır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Əfqanıstan   NATO  

Əşrəf Qani NATO Baş katibi ilə görüşüb

2018/11/20181-1541587264.jpg
Oxunub: 211     14:40     07 Noyabr 2018    