“Lockheed” JASSM-lərin yenilənməsini həyata keçirəcək

2018/11/Air-F-1541579455.jpg
Oxunub: 475     12:51     06 Dekabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri hava-yer tipli uzaqmənzilli raketlər və onun bütün variantlarının istehsalını dəstəklənməsi üçün “Lockheed Martin”i şirkətini 350 milyon dollar məbləğində müqavilə ilə təltif edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Müdafiə Departamenti bazar ertəsi günü məlumat verib.

Məlumata görə, şirkət “JASSM-Extended Range” raketlərinin istehsalından əlavə yenilənməsi və daşınması işlərini də həyata keçirəcək.

Qeyd edək ki, “JASSM-Extended Range” düşmən hava məkanında radarlardan yayınma qabiliyyətinə malik uzaqmənzilli raketdir. İnfraqırmızı axtarış sistemi və GPS dəstəyi sayəsində seçilmiş hədəflərə 1,000 kiloqramlıq nüfuzedici kumilyativ başlıqla atəş aça bilir.

Raketin standart modeli bir çox ABŞ, eləcə də Polşa və Avstraliya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcı və bombardmançı təyyarələrində müşahidə edilə bilər, “JASSM-Extended Range” variantı isə “B1B Lancer” ağır supersəs bombardmançı təyyarələrdə istifadə olunur. Bu variant hazırda digər təyyarələrdə də istifadəyə uyğunlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: JASSM   Lockheed  

“Lockheed” JASSM-lərin yenilənməsini həyata keçirəcək

2018/11/Air-F-1541579455.jpg
Oxunub: 476     12:51     06 Dekabr 2018    