Dəqiqlik, Çeviklik və Yüksək Dözümlülük: Sənin dediyin yalnız filmlərdə olar...| Bəs, fantastik "Entebbe" əməliyyatı?

2018/11/1024p-7707858585.jpg
Oxunub: 589     10:14     07 Noyabr 2018    
1976-cı ilin iyunun 27-də Tel Əviv-Paris marşrutu üzrə səyahət edən "Airbus A300 B4" təyyarəsi Afinada aralıq fasiləsində yanacaqla təmin edildikdən az sonra bir qrup terrorçu tərəfindən ələ keçirildi. Bu terror aktı İsrailin xüsusi təyinatlılarının ən mükəmməl əməliyyatlarından birinin keçirilməsinə səbəb oldu.

Təyyarədə 248 sərnişin və 12 ekipaj üzvü var idi. Təyyarəni ələ keçirənlərdən ikisi "Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi"ndən, iki alman isə (Vilfred Beze və Brigitte Kulman) "İnqilabçı hüceyrə" təşkilatından idi. Onlar ekipaja Benqaziyə (Liviya) uçmağı əmr etdilər. Təyyarə yeddi saat orada dayandı və yenidən yanacaqla təmin edildi. Girovlardan biri erkən doğum başladığı üçün azad edildi və xəstəxanaya göndərildi. Təyyarə Benqazi şəhərindəki hava limanından ayrıldı və iyunun 28-də saat 15:35-də (Təl-Əvivdən ayrılmasından tam bir gün sonra) Entebbe (Kampala, Uqanda) hava limanına endi. Burada dörd terrorçuya daha dördü də qatıldı. Terrorçular İsraildə həbsdə olan 40 məhbusla yanaşı, Keniya, Fransa, İsveçrə və Qərbi Almaniya həbsxanalarında saxlanılan 13 fələstinli məhbusun da azad edilməsini tələb edirdilər. Terrorçular iyulun 1-nə qədər onların tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, girovların məhv ediləcəyini bildirirdilər.

Entebbe şəhərində terrorçular girovları hava limanının tranzit terminalına yerləşdirdilər. Tezliklə onların bir hissəsi sərbəst buraxıldı, lakin 106 girov terrorçuların əlində qaldı: onlardan 86 nəfəri yəhudi, əsasən ekipaj üzvləri olan 20 nəfər isə qeyri-yəhudi milliyyətindən idi.

Başlanğıcda İsrail hökuməti Uqanda rəhbərliyinin vasitəçiliyi ilə danışıqlar yolu ilə münaqişənin həllinə ümid edirdi, lakin Uqanda prezidenti İdi Aminin bir neçə fələstinlinin terrorçularla birləşməsinə icazə verməsindən sonra məlum oldu ki, girovları yalnız güc yolu ilə azad etmək mümkün olacaq. Əldə olunan yeganə müsbət cəhət terrorçular tərəfindən girovların edam müddətinin iyulun 4-nə qədər uzadılmasına nail olmaq idi.

Əməliyyatın planlaşdırılması

40 ildən sonra gizli sənədlər üzərindən gizlilik qrifi götürüləndən sonra məlum olur ki, İsrailin Baş naziri İshaq Rabin və Müdafiə naziri Şimon Peres girovların azad edilməsi üçün məhz hərbi əməliyyatın keçirilməsinə üstünlük veriblər.

Peresin Rabinə yazdıqlarından: "Biz bütün əməliyyat detallarını araşdırdıq, əsgərlər terminala Aminin istifadə etdiyi avtomobilə bənzər "Mercedes" və cip karvanında yaxınlaşacaq. Maşınlara bayraqlar da əlavə ediləcək. Aminin Mavrikidən qayıtması zamanı ilə əməliyyatın keçirilməsi uyğunlaşdırılacaq".

İyulun 3-də İsrailin Nazirlər Kabineti general-mayor Yekutiel Adamin rəhbərliyi altında keçiriləcək əməliyyat planını təsdiqlədi. Briqada generalı Dan Şomron yerüstü əməliyyatlar rəhbəri təyin edildi.

Əməliyyatın planlaşdırılmasına Uqanda əsgərlərinin silahlı müqavimətinin aradan qaldırılmasını əhatə edən təkliflərlə başlandı. Daha sonra Müdafiə naziri Şimon Peres, İsrail Hərbi Hava Qüvvələrinin Komandanı Benyamin Peledin "yalnız Entebbe hava limanını, yoxsa bütün Uqandanı ələ keçirəcəyik?" sualını xatırlayır: "Cavabında mən də soruşdum: fərqi nədir ki? Buna cavab olaraq Benyamin Peled dedi ki, Entebbeni tutmaq üçün 100, bütün Uqandanı işğal etmək üçün isə 500 döyüşçüyə ehtiyac var. Mən ona söylədim ki, bütün Uqandanı tutmaq lazım deyil, bu dəfə Entebbe ilə məhdudlaşacağam".

Əldə olunan təxirə salınma razılaşması İsrail hərbi və siyasi rəhbərliyinə girovları azad etmək üçün əməliyyatı nisbətən daha diqqətlə hazırlamağa imkan verdi. Ən əhəmiyyətli problem xüsusi təyinatlıların Entebbeyə daşınması üçün vacib olan 4-6 ədəd C-130 "Hercules"lərin mövcud yanacaq doldurma təyyarələri vasitəsilə İsrail hava sahəsindən çox uzaqa yanacaqla təmin edə bilməməsindən ibarət idi. Sonda Keniya hökuməti ilə Nairobi hava limanına "Hercules"lərin enməsi və yanacaq doldurulması barədə razılaşma əldə etmək mümkün oldu.

Reyd üçün hazırlanan komandos qrupu təxminən 100 nəfərdən ibarət idi. Hücum qrupu 32 nəfər "Sayeret Matkal" bölməsinin döyüşçülərindən ibarət idi. Onlar girovların saxlanıldığı terminala birbaşa hücum etməli idilər. Reydin digər "Sayeret Golanı" və "Sayeret Tsaxanim" bölmələrindən seçilən döyüşçüləri digər qrupları təşkil edirdilər.

İsrailin əməliyyatı həyata keçirəcək yerüstü qruplaşması dediyimiz kimi cəmi 100 nəfərdən ibarət idi və aşağıdakı alt qruplardan ibarət idi:

Yerüstü əməliyyat komandanlığı və idarəetmə qrupu

Bu kiçik qrupa general Şomron, rabitəçi və dəstək personalı daxil idi.

Hücum dəstəsi

"Sayeret Matkal"dan ibarət 32 nəfərlik qrupa polkovnik-leytenant Yonatan Netanyahu ("Sayeret Matkal" bölməsinin üzvləri olan Benyamin Netanyahu və İdo Netanyahunun böyük qardaşı) rəhbərlik edirdi. Onun qrupunun əsas vəzifəsi terminal binasına hücum etmək, terrorçuları zərərsizləşdirmək və girovları azad etməkdən ibarət idi. Mayor Betser və mayor Vilnai isə dəstənin təkibindəki iki hücum qrupunu idarə edirdi.

Atəş dəstək qrupu

Bu qrupun vəzifəsi əməliyyat ərazisinin təhlükəsizliyini təmin etmək, düşmən qüvvələrinin C-130 "Hercules" təyyarələrinə və girovların azad edilməsi prosesinə müdaxilə və ya hücumunun qarşısını almaq, Uqanda Hərbi Hava Qüvvələrinin əməliyyata istənilən müdaxiləsinin qarşısını almaq üçün aerodromdakı MiQ təyyarələrini məhv etmək, girovları təyyarələrə yerləşdirərək onların mühafizəsini təşkil etməkdən və təyyarələri yanacaqla doldurmağa yardım etməkdən ibarət idi.

İki "Boeing 707" təyyarəsi də desantı müşayiət edəcəkdi: onlardan birində səyyar hospital yerləşirdi ki, bu təyyarə Nayrobi hava limanında qalacaq, ikincisi isə əməliyyatın rəhbəri general Yekutiel Adam ilə hava komanda məntəqəsi kimi Entebbe aeroportu üzərində əməliyyatın sonuna qədər idarə olunmasını həyata keçirəcəkdi.

Reydin gedişatı

Əməliyyatı həyata keçirən təyyarələr Şarm əl-Şeyxdən Qırmızı dənizə, cəmi 30 metrə qədər yüksəklikdə uçaraq beynəlxalq uçuş xəttinə daxil oldular. Qırmızı dənizin cənub çıxışında isə aviaqrup daha da cənuba tərəf dönərək Cibuti üzərindən keçərək Somalinin qərbindən və Oqaden (Efiopiya) rayonu üzərindən Nayrobiyə tərəf döndü, sonda isə Viktoriya gölü boyunca cənub-qərb istiqamətində hərəkət etdi.

İsraillilər Entebbe şəhərinin hava limanına saat 23: 00-da gəlib çatdılar. Təyyarədən çıxan qara "Mercedes" və "Land Rover" ciplərinin karvanı, Uqanda prezidenti Aminin və digər yüksək rütbəli rəsmilərin eskortun müşayiəti ilə terminala getməsi təəssüratını (bu fəaliyyətlər səfərdə olan Aminin iş qrafiki ilə uyğunlaşdırılmışdı) yaradırdı. Lakin yolda iki Uqanda əsgəri avtomobillərin dayanmasını əmr etdi. Komandoslar səssiz tapançadan hər iki əsgəri güllələyərək dayanmadan hərəkətlərinə davam etdilər. Arxadan gələn İsrail komandosu Uqanda əsgərlərindən birinin hələ də sağ olduğunu görərək ona tüfənglə atəş açdı. Hücum qrupu terrorçuların əvvəlcədən duyuq düşə biləcəyindən ehtiyat edərək dərhal əməliyyata başladılar.

Qrup maşınlardan enərək dərhal terminala tərəf qaçdılar. Girovlar aeroport binasının əsas zalında, birbaşa enmə zolağının qarşısında saxlanılırdılar. Terminala girməzdən əvvəl komandoslar səs gücləndiricidən ivrit və ingilis dilində əmr etdilər: "Yerə yatın! Yerə yatın! Biz İsrail əsgərləriyik". Bütün qapı və pəncərələrdən terminala daxil olan İsrail əsgərləri ilə terrorçular arasında qısa atışma baş verdi. Girovlar arasında itkilərdən qaçmaq mümkün olmadı. 3 nəfər girov atışmada həlak oldu.

Hava limanının zalındakı atışma cəmi 1 dəqiqə 45 saniyə davam etdi. Basqını tamamladıqdan sonra İsrailin hücum qrupu cəld təyyarələrə tərəf qayıtdılar və girovları yerləşdirməyə başladılar. Bu zamanı Uqanda əsgərləri nəzarət qülləsindən atəş açdılar. Qısa atışmada öldürülən yeganə komandos polkovnik-leytenant Yonatan Netanyahu oldu, digər beş komandos isə yaralandı. Bütün əməliyyat 53 dəqiqə, hücum isə 33 dəqiqəyə tamamlandı.

Bütün terrorçular (8 nəfər) və 33-45 arası Uqanda əsgərlərinin hamısı öldürüldü. Entebbe hava limanında Uqanda HHQ-yə məxsus 11 ədəd MiQ-17 qırıcısı da məhv edildi. Əməliyyatın başlamasından bir saat sonra, girovlarla birlikdə ilk təyyarə yanacaq doldurmaq üçün Nayrobiyə uçdu, bundan 42 dəqiqə sonra isə son İsrail təyyarəsi Uqandadan ayrıldı.

Entebbe hava limanında 23:18-dən 23: 51-ə qədər baş verən hadisələr İsrail ordusunun ən cəsarətli əməliyyatlarından biri olaraq tarixə düşdü. Nəticələr isə bütün gözləntiləri üstələdi. Əməliyyatda həlak olan "Sayeret Matkal" komandirlərindən olan polkovnik-leytenant Yonatan Netanyahunun adını əbədiləşdirmək üçün əməliyata "Yonatan" adı verildi. Bir çox ölkələr unikal əməliyyatı təkraralamaq istəsələr də, bu uğuru təkrarlamaq hələ heç kimə nəsib olmayıb.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Entebbe-əməliyyatı  

Dəqiqlik, Çeviklik və Yüksək Dözümlülük: Sənin dediyin yalnız filmlərdə olar...| Bəs, fantastik "Entebbe" əməliyyatı?

2018/11/1024p-7707858585.jpg
Oxunub: 590     10:14     07 Noyabr 2018    