Rusiya QQ 10 mindən çox müasir silah və ləvazimat əldə edib

2018/11/12068-1541481530.jpg
Oxunub: 532     09:32     06 Noyabr 2018    
Rusiya Quru Qoşunları ötən il ərzində 10 mindən çox müasir silahlar və avadanlıqlar dəsti əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzeti “Krasnaya Zvezda”da qeyd edilib.

“Quru Qoşunlarının inkişafı yeni səviyyəyə yüksəlib. Buradakı müasir silahlar və hərbi avadanlıqların payı ötən il ərzində çatdırılan 10 mindən çox yeni dəstlə birlikdə 15%-dən 45,8%-ə yüksəlib”, - deyə qəzetdə göstərilib.

Bildirilib ki, görülən tədbirlərlə birlikdə QQ-nin rəqibə xəsar vermə imkanları 45, bölmələrin davamlılığı 30%, manevr imkanları isə 1,5 dəfə artıb.

“Yeni silahlar “Armata”, “Kurganets”, “Bumeranq”, “Koalitsiya-SV” özüyeriyən haubitsalar kimi birləşdirilmiş platformalarda sınaqdan keçirilib. Onu da qeyd etməyə dəyər ki, QQ tərəfindən əldə edilən silahlardan biri də “Ratnik-2” hərbi ləvazimatıdır. O, personalın yüksək səviyyədə müdafiəsini təmin edir”, - deyə vurğulanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   QQ   Silahlanma  

Rusiya QQ 10 mindən çox müasir silah və ləvazimat əldə edib

2018/11/12068-1541481530.jpg
Oxunub: 533     09:32     06 Noyabr 2018    