ABŞ bölgədə hansı sürprizləri hazırlayır?| Paşinyan hökumətinin oktyabrdakı diplomatik iflası

2018/11/15397-1541245974.jpg
Oxunub: 1212     15:57     03 Noyabr 2018    
Oktyabrın son aylarında Ermənistanın qonşu ölkələri və Rusiyanın fəallaşması yeni beynəlxalaq şəraitdə rəsmi İrəvanın xarici siyasəti mövzusunu yenidən aktuallaşdırdı. Ermənistan öz çevrəsində baş verən bu cür fəallaşmada mövcud səriştəsiz hökuməti ilə böyük səhvlər buraxmaya bilməzdi.

Təbii ki, bu cür kəskin fəallıq ABŞ prezindentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya və Cənubi Qafqaz ölkələrinə səfərindən sonra baş verdi. Boltonun böyük reaksiyaya səbəb olan bəyanatları bölgəmizdəki bütün qonşuları maraqlandırmaya və bəzilərini narahat etməyə bilməzdi.

Onun Cənubi Qafqaz ölkələrinin qonşu Rusiya, İran və Türkiyənin siyasətinə münasibətini öyrənməyə gəldiyini bəyan etməsi böyük danışıqlardan xəbər verirdi. Bu addım, İrana qarşı sanksiyalar və bir çox digər sahələrdə yeni qaydalar diktə edilməsi kimi qiymətləndirildi. Boltonun Azərbaycana və Ermənistana silah satmağa hazır olduğunu deməsi, həmin ölkələrdə Rusiyanın təsirini azaltmağa hesablanmış addım idi. Bu, həmçinin ABŞ-ın bölgə ölkələrinə qarşı öz münasibətini kəskin şəkildə dəyişməkdə olduğunun göstəricisi idi.

Oktyabrın 27-də təcili olaraq Rusiya, Türkiyə, Almaniya və Fransa rəhbərlərinin İstanbulda görüşü təşkil edildi. Mövzu Suriyadakı vəziyyət olsa da, bu görüşdə ABŞ təmsil olunmurdu. Bundan başqa qeyd olunan ölkələrin rəhbərləri ABŞ-ın Orta və Uzaq Mənzilli Raketlər barədə müqavilədən çıxması niyyətinin olduğu mövzunu da müzakirə ediblər.

Daha sonra, yenə İstanbulda oktyabrın 29-da Türkiyə, Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü keçirildi. Görüşdə hazırda mövcud vəziyyətin bölgənin təhlükəsizliyi və iqtisadi inkişafına təhdid olduğu vurğulanıb. Qeyd olunub ki, Qarabağdakı mövcud status-kvo qəbulolunmazdır.

Bir gün sonra, oktyabrın 30-da yenə də İstanbulda Türkiyə, İran və Azərbaycan Xarici İşlər nazirləri toplaşdı. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü əsasında beynəlxalq hüququn prinsiplərinə uyğun həllinin əhəmiyyətini vurğuladılar. Məhz Türkiyədən başqa İranın da bu prinsiplərə sadiqliyi Ermənistan rəhbərliyini qıcıqlandırdı və onlar İrana qarşı Boltonun təkliflərini nəzərdən keçirməyə başladılar.

Boltonun İrəvana səfərindən sonra Paşinyan, ABŞ-dan silah almaq mövzusu ilə bağlı bəyanat yayaraq, hökumətin hər hansı bir şeylə fəaliyyətini məhdudlaşdırmadığını bildirdi: "Əgər ABŞ-dan edilən təkliflər Ermənistan tərəfində sərf edərsə, silah alınması məsələsi müzakirə oluna bilər".

Bu bəyanat həm Ermənistanın daxilində, həm də xaricində böyük əks-sədaya səbəb oldu. Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan bu addımı xarici siyasətin iflasa uğraması və milli təhlükəsizliyə təhdid kimi qiymətləndirdi.

Rus ekspertlər, qeyri-müəyyən şəkildə İsveçin Ermənistana "Saab" tərəfindən istehsal olunan JAS-39 "Gripen" qırıcı təyyarələrini təklif etməsinin, Paşinyanın ABŞ-dan silah almağa hazır olması barədə bəyanat verməsinin təsadüfi olmadığını qeyd edirlər. Bu məlumatlar Putinin İstanbulda Suriya ilə bağlı dördtərəfli görüşə yollanması ilə eyni vaxtda dövriyyəyə buraxılmışdı.

Erməni ekspertləri isə nəinki ABŞ-ın Ermənistana silah satışı təklif etməsinə dair Rusiya tərəfindən səsləndirilən bəyanatları qəbul etmədi, hətta forpost ölkənin Rusiyanın tərkib hissəsi deyil, sadəcə tərəfdaş ölkəsi olduğunu bildirdilər.

İstənilən halda Ermənistanın yeni hakimiyyəti beynəlxalq münasibətlərdə ciddi böhranla qarşı-qarşıyadır. Lakin Ermənistanın yeni şəraitdə yalnız təhdidlər yox, həm də fərdi təhlükəsizliyini təmin etmək üçün yeni resursları mövcud deyil.

Alpər Mövludoğlu

Teqlər: Paşinyan   ABŞ   Diplomatik-iflas  

ABŞ bölgədə hansı sürprizləri hazırlayır?| Paşinyan hökumətinin oktyabrdakı diplomatik iflası

2018/11/15397-1541245974.jpg
Oxunub: 1213     15:57     03 Noyabr 2018    