Rusiyalı həmsədr Qarabağa gəlmədi: Səbəb Bolton, yoxsa Paşinyandır?

2018/11/Igor--1541242950.jpg
Oxunub: 894     14:59     03 Noyabr 2018    
ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvan və işğal altında olan Xankəndinə səfərdən sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Maraqlıdır ki, rusiyalı həmsədr İqor Popov digər həmsədrlərlə bərabər Qarabağa səfər etməyib. Bu Minsk Qrupunda Rusiyanın ilk belə addımıdır. Amerikalı və fransalı həmsədrlər Qarabağda cəbhə xəttinin müşahidəsində iştirak etməklə yanaşı, qondarma qurumun "rəhbəri" ilə də görüş keçiriblər.

Görüş zamanı qondarma qurumdan bildirilib ki, danışıqlarla bağlı bəzi yanaşmalara yenidən baxılmasının zamanı çatıb. Onların sözlərinə görə, Ermənistan tərəfi "Madrid prinsipləri"ni danışıqların əsası kimi qəbul etsə də, Xankəndi bunu heç vaxt qəbul etməyib.

Göründüyü kimi, Ermənistanda baş verən inqilabdan sonra düşmən təxribatçı bəyanatlar səsləndirməyə davam edir. Münaqişənin həllinə yanaşmalarda səsləndirilən təxribatlar barədə ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Mils də açıq-aşkar işarə edib. Səfir öz vida bəyanatı ilə ermənilər tərəfindən "Madrid prinsipləri"nin faktiki olaraq dəfn edildiyini, cəmiyyətin sülh müqabilində ərazilərin güzəşt edilməsi seçimini müzakirə etmədiyini vurğuladı.

Lakin iddialara görə, bu vaxta qədər münaqişənin nizamlanması layihələrinin əsasını Ermənistan rəhbərliyinin razılığı ilə ərazilərin güzəşt edilməsi təşkil edirdi. Müxtəlif modellər - status, sülh və kommunikasiyaların açılması müqabilində ərazilərin qaytarılması müzakirə mövzusu kimi ortaya qoyulurdu.

Bölgəyə səfəri çərçivəsində Ermənistana gələn ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton istənilən halda güzəştlərin zərurəti haqqında açıq şəkildə danışmayıb.

"Hesab edirəm ki, indiki vəziyyət Dağlıq Qarabağ münaqişəsi ətrafında razılaşmaya nail olmağın vacibliyini göstərir. Əgər bu baş verərsə, Azərbaycan-Ermənistan sərhədləri açılacaq. Düşünürəm ki, eyni qaydada Türkiyə ilə sərhəd də açılacaq. Bununla da hesab edirəm ki, rusların onlara qarşı hansı təzyiqi tətbiq etməsindən asılı olmayaraq, Gürcüstanla sərhəd daha az narahatlığa səbəb ola bilər", - deyə Bolton bildirdi.

Başqa sözlə, Tramp administrasiyası bildirməyə çalışır ki, tərəflərin hansı razılığı əldə etməsi, ABŞ tərəfi üçün əhəmiyyətli deyil. Lakin Azərbaycan və Türkiyəni bölgənin kommunikasiya xətlərini açmağa razı salmaq arzuolunandır.

Bundan başqa ABŞ indiki vəziyyətdə İranla həmsərhəd bölgələrdə qeyri-sabitlik görmək istəmir. İranın isə işğal altında olan Qarabağla 100 km məsafədə uzanan zolağı var. Hazırda Ermənistanda İran sərhəddinin bağlanması müzakirə edilsə də, onlar bunun baş verəcəyi halda Qarabağ ərazisindən istifadə edəcəklərini yaxşı anlayırlar. Məhz bu baxımdan istər Boltonun bölgəyə səfəri, istərsə də Ermənistanın İran sərhəddi ilə bağlı mövqeyi rusiyalı həmsədrin bölgəyə hansı səbəbə görə səfər etmədiyinə aydınlıq gətirir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Rusiyalı həmsədr Qarabağa gəlmədi: Səbəb Bolton, yoxsa Paşinyandır?

2018/11/Igor--1541242950.jpg
Oxunub: 895     14:59     03 Noyabr 2018    