Erməni əsgərini öldürüb, sonra asıblar?| "İntihar"dan detallar

2018/11/345-1541233845.jpg
Oxunub: 1915     12:27     03 Noyabr 2018    
Ermənistanın Vanadzor şəhər sakini Karine Manukyan Nubaraşendə yerləşən hərbi hissədə xidmət etmiş oğlu Vardan Melkonyanın intihar etməsi fikri ilə razılaşmır və hüquq-mühafizə orqanlarından ədalət tələb edir.

Ordu.az-ın araşdırmasına görə, Nubaraşendəki hərbi hissədə 1 il 2 ay xidmət etmiş Vardan Melkonyan digər əsgər yoldaşları ilə həmin gün buraxılışa çıxaraq İrəvan şəhərində gəzməyə çıxıb. Hərbi hissəyə qayıtdıqda, həmişə olduğu kimi anasına zəng edib, hərbi hissədə olduğunu və istidən yata bilmədiyini bildirib. Lakin növbəti gün Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, hərbi hissənin yaxınlığında kiçik çavuş Vardan Melkonyanın ağacdan asılmış meyiti aşkar edilib.

Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etdiyini xüsusilə vurğulasa da, cinayət işi üzrə araşdırma indiyədək sona çatmayıb.

Hadisədən bir neçə gün sonra Ermənistan İstintaq Komitəsi bəyan edib ki, 2017-ci ilin 22 iyul tarixində gecə saat 23:30 radələrində Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin məişət otağında kiçik çavuş Melkonyanın əsgər yoldaşı tərəfindən zorakılığa məruz qaldığına dair faktlar mövcuddur.

Faktla bağlı ölən hərbi qulluqçunun əsgər yoldaşı Gümrü sakini Hovhanes Marqaryan həbs edilib. Bununla da intihara məcburetmə maddəsi dəyişdirilərək, az cəza verilməsini nəzərdə tutan tabelikdə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibət qaydalarının pozulması maddəsi ilə cinayət işi davam etdirilib.

Ölən erməni əsgərin anası deyir ki, istintaq orqanları bilərəkdən işi uzadır və daha zəif cəza tətbiq edilməsində maraqlıdırlar. O, hadisənin yataqxanada mövcud olan "künc" çarpayıda yatmaq səbəbindən yaranan münaqişə nəticəsində baş verməsi versiyası ilə razılaşmır.

İddialara görə, çarpayıya görə yaranan mübahisə ölən hərbi qulluqçunun döyülməsi və hərbi hissədən çıxaraq özünü ağacdan asmaqla intihar etməsinə səbəb olub. Adətən Ermənistan ordusunun hərbi hissələrində "hörmətli" olanlar, türmələrdə olduğu kimi "künclərdəki" çarpayıda yatırlar.

Lakin araşdırmalara görə, ölən hərbi qulluqçunun meyiti hərbi hissədən kənarda, kilsə yaxınlığındakı ağacın budağından asılmış vəziyyətdə aşakar edilib. Karine Mnaukyan, ağacın hündür olmadığına, onun asılmış vəziyyətdə olsa da ayaq və dizlərinin qatlanmış vəziyyətdə yerə çatan halda olduğuna görə, oğlunun öncə hərbi hissədə öldürüldüyünü, daha sonra şübhələri yox etmək üçün meyitinin ağacdan asıldığını bildirib.

Erməni əsgərinin anası Nikol Paşinyana sonu bitməyən istintaq barədə məktublar yazdığını, lakin cavab almadığını bildirir. Hadisənin araşdırılmasında isə "fəallaşma" baş verib və iş məhkəməyə göndərilib.

Belə ki, İstintaq Komitəsindən bildiriblər ki, hazırda ittiham edilən şəxs həbsdən azad edilib. İş ilkin istintaq mərhələsində olsa da, məhkəmə tibbi ekspertizanın rəyi alınmadan, iş üzrə yeganə ittiham olunan şəxs, ölən Vardan Melkonyanın təxris edilmiş əsgər yoldaşıdır. İlk öncə onun barəsəində həbs qəti imkan tədbiri seçilib, daha sonra komandirin nəzarətinə verilib və yaşayış yerini tərk etməmək iltizamı qarşılığında xidmət müddəti başa çatdığına görə təxris edilib.

Hərbi hissə komandanlığı isə şübhəli şəraitdə ölən hərbi qulluqçu barəsində heç nə danışmır.

Onun meyitinin ekspertizasında iştirak edən qonşularından biri, bədənində müxtəlif sıyrıqlar, paltarının cırılmış halda və xayalarında göyərmələr gördüyünü deyib. Lakin bu barədə müstəntiq heç bir qeydiyyat aparmayıb.

Hərbi hissə komandirinin silahlandırma üzrə müavini Danielyan əsgərlə bağlı zənglərə cavab vermir. O, onu yaxşı tanımadığını deməklə kifayətlənir. Danielyan, ölən hərbi qulluqçunun onun divizionunda xidmət etdiyini desə də, hadisə baş verən günü məzuniyyətdə olduğunu bildirib və əsgəri yaxından tanımadığını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Ölüm  

Erməni əsgərini öldürüb, sonra asıblar?| "İntihar"dan detallar

2018/11/345-1541233845.jpg
Oxunub: 1916     12:27     03 Noyabr 2018    