Artilleriyanın səs-istilik kəşfiyyat kompleksi - 1B75 "Penisilin" (FOTOLAR)

2018/11/image-1541231881.jpg
Oxunub: 1419     11:48     03 Noyabr 2018    
Artilleriya effektiv fəaliyyət göstərmək üçün müxtəlif kəşfiyyat vasitələrinə ehtiyac duyur. Onların köməyi ilə atışların nəticələrini yoxlamaq və düşmən batareyalarının yerini müəyyən etmək mümkün olur. Hazırda bu vəzifələri yerinə yetirmək üçün mərmi və ya raketlərin həm uçuşunu, həm də hədəfə zərbə endirməsini izləyən xüsusi radiolokasiya stansiyalarından istifadə olunur. Yaxın gələcəkdə artilleriya kəşfiyyatı digər aşkarlama üsullarından istifadə edən yeni bir kəşfiyyat kompleksini istismar etməyə başlayacaq. Yeni 1B75 "Penisilin" avtomatlaşdırılan kəşfiyyat kompleksi audio və vizual məlumatları emal edərək bütün vəzifələrini tam yerinə yetirə bilir.

İndi artilleriya kəşfiyyatının işinə ən böyük töhfəni xüsusi radiolokasiya stansiyaları verir. Onlar özlərinin və düşmən mərmilərinin uçuşlarını izləyə bilir, onların atəş və enmə nöqtəsini müəyyən edə bilirlər. Kompleks mərminin enmə nöqtəsini müəyyən etməyə, hədəfi müvəffəqiyyətlə məhv etmək üçün topun tuşlanmasını tənzimləməyə imkan verir, düşmənin atəşinin açıldığı yer haqqında məlumat isə cavab atəşini təşkil etmək üçün şərait yaradır.

Kəşfiyyat RLS-ləri öz vəzifələrini yerinə yetirir, lakin bəzi qüsurları da mövcuddur. Əvvəla, onlar REM vasitələrinin və ya RLS əleyhinə sistemlərin müdaxiləsinin mənfi təsirlərinə məruz qalırlar.

AZTK 1B75 "Penisilin" mövqedə

Uzaq keçmişdə atəş mövqelərinin və düşən mərmilərin yerlərinin tapılması üçün xüsusi akustik sistemlərdən istifadə edilirdi. Səs dalğalanmasının və vizual məlumatların istifadəsi müasir şəraitdə də tətbiqini tapmağa qadirdir. Lakin indi müasir bazaların məlumatların qəbulu və işlənməsi üçün digər prinsiplərdən istifadəsindən danışırıq.

Bir neçə il bundan əvvəl Rusiyada "Penisilin" şifrəsi ilə təcrübə-dizayn işləri həyata keçirilməyə başlandı. Bu çalışmaların məqsədi ordu korpusu səviyyəsində avtomatlaşdırılan artilleriya kəşfiyyat səs-istilik kompleksi (AZTK) yaratmaqdan ibarət idi. Texniki şərtlərə görə, uçan və enən mərmilərlə əlaqədar məlumatlar seysmik sensorlar və infraqırmızı kameralar vasitəsilə toplanmalı idi. Radiolokasiya stansiyalarının istifadəsi istisna olundu.

"Penisilin" layihəsinin inkişafı "Veqa" ("Rostex" bölməsi) radiotexnika qrupunun bir hissəsi olan "Vektor" (Sankt-Peterburq) Tədqiqat İnstitutunda keçirildi. Sənayenin digər müəssisələri də işə cəlb olundu. Yaxın gələcəkdə məhsulların kütləvi istehsalına başlamaq lazım idi, yeni kompleksin istehsalını "Roslektroniks" holdinqinin (həmçinin "Rostex" dövlət korporasiyasının bir hissəsidir) müəssisələrinə həvalə etmək planlaşdırılırdı.

İlk dəfə olaraq 2017-ci ilin mart ayında yeni AZTK 1B75 "Penisilin"in mövcudluğu ictimaiyyətə açıqlandı. Həmin vaxta qədər layihədə iştirak edən müəssisələr həm texniki sənədlərin hazırlanmasını, həm də kompleksin prototipinin hazırlanmasını başa çatdırdılar. Müdafiə Nazirliyinin poliqonlarından birində sınaqlar başlandı. Bu sınaqlar nazirliyə perspektiv inkişaf barədə ictimaiyyətə məlumat verməklə yanaşı, onun fəaliyyətini də nümayiş etdirməyə imkan verdi. Lakin, yeni kəşfiyyat kompleksi haqqında məlumatların əsas hissəsi açıqlanmadı.

Keçən ilin may ayında "Roselectroniks" şirkətinin nümayəndələri "Penisilin" layihəsi ilə bağlı bəzi yeni məlumatları açıqlayıblar. Bundan əlavə, yaxın gələcək üçün ən son planlar da nəşr olundu. Bildirildi ki, həmin zamanda 1B75 kompleksi dövlət sınaqlarını tamamlayıb. Yaxın gələcəkdə tələb olunan prosedurları həyata keçirmək planlaşdırılıb, bundan sonra isə kütləvi istehsalın başlanması mümkün olacaq. Seriya istehsalının başlaması 2019-cu ilin əvvəlinə planlaşdırılıb.

Sonradan, AZTK "Penisilin" layihəsi ilə bağlı materiallar və maket "Ordu" sərgisində nümayiş etdirildi. Bu il nümayiş olunan modellərin sınaqdan keçən prototiplərinin görünüşünə görə, o, ötən ilin yazında xəbərlərin "qəhrəmanı"ndan olduqca fərqlənirdi. Buna baxmayaraq, kompleksin ümumi arxitekturası, funksiyaları və imkanları eyni qalırdı.

*****

Avtomatlaşdırılan səs-istilik artilleriya kəşfiyyatı kompleksi 1B75 "Penisilin" özüyeriyən şassidə mobil kompleksdir və müəyyən bir ərazidə vəziyyətə nəzarət edir. Kompleks düşmən silahlarının işini aşkarlayır və ya öz artilleriya atəşinin dəqiqliyinə nəzarət edə bilir. Əsasən yeni fəaliyyət üsullarından istifadə edən kompleks öz vəzifələrini hər hansı bir iz qoymadan qoymadan həll edir. Rabitə vasitələri istisna olmaqla, kompleksin bütün əsas cihazları yalnız qəbul rejimində fəaliyyət göstərir.

Perspektiv AZTK avtomobil şassi bazasında hazırlanır və müvafiq xüsusiyyətlərə malikdir. Belə ki, ötən il sınaqdan keçirilən prototipləri KamAZ-63501 bazasında hazırlandı. Bu il keçirilən sərgidə isə kompleks fərqli bir şassi bazasında nümayiş etdirildi.

Mövcud məlumatlar "Penisilin" avadanlığının müxtəlif modellərin bazasında quraşdırılmasını mümkün edir. Yalnız yükgötürmə qabiliyyəti və yük sahəsinin ölçüləri əhəmiyyət daşıyır.

"Penisilin-OEM" optik-elektron modulu

Prototiplər KamAZ-63501 şassisi üzərində qurulub. Bu müxtəlif hədəf avadanlıqlarının və ya digər faydalı yüklərin montajı üçün nəzərdə tutulan tamötürücülü dörd təkərli şassidir.

Maşın 360 at güclü dizel mühərriki ilə təchiz edilib və ümumi çəkisi 16 tona qədər yük daşıyır. Yükün növündən asılı olmayaraq, avtomobil şosse yolunda 90 km/saat-dan çox maksimal sürətlə hərəkət edə bilir.

"Penisilin" variantı şassidə kabin arxasında, maçta qurğusunun dayağı və xüsusi cihazların saxlanması üçün bir qutudan ibarət yeni aqreqat quraşdırılıb. Onun arxasında isə avtomatlaşdırılan iş yerləri, xüsusi avadanlıqlar və s. yerləşən furqon mövcuddur. Həmçinin, şassi dörd hidravlik domkrat ilə təchiz olunur. Bunlardan bir cütü xüsusi avadanlıqların yanında, digər ikisi isə maşın arxasında yerləşir.

Kəşfiyyat vasitələrindən biri "Penisilin-OEM" optik-elektron moduludur. O, qaldırıcı maçta üzərində quraşdırılan bir neçə növ kameraya malik sabit bir platformadır. Hazırkı variantda 1B75 kompleksi qaldırılan maçta ilə təchiz edilir. Kompleks iş rejiminə keçdikdə maçta şaquli qaldırılaraq kameraları istənilən hündürlükdə yerləşdirir. Səfər vəziyyətində isə maçta furqonun damına endirilir. İstiqamətli vəziyyətdə isə maçta avtomobilin damına qoyulur. Kameralı platforma azimutun dairəvi görünüşünü təmin edən, şaquli və üfüqi tuşlama idarəediciləri ilə təchiz olunur.

"Penisilin-OEM" altı televiziya kamerasından və eyni sayda termal görüntüləyicidən istifadə edir. Onlar hərəkətli iki qutuşəkilli korpusa yerləşdirilir. Hər iki korpus, optik elementləri nəqliyyat zamanı zədələnmədən qoruyan mexanikləşdirilən ön örtüklərə malikdir. Televiziya və istilik kameraları azimutda 70 dərəcə, yüksəklikdə isə 10 dərəcəlik bir görüntü buçağına sahibdir.

Bütün 12 cihazdan gələn siqnallar eyni zamanda kompüterlərə daxil olur və birlikdə emal edilir. Eyni zamanda fərdi vizual ərazilərin yüksək səviyyədə "tikişi" təmin olunur. 18 saat boyunca kameraların davamlı işləməsi mümkündür, bundan sonra isə cəmi 1 saatlıq fasilə tələb olunur.

Akustik sensorların quraşdırılması

"Penisilin-OEM" modulunun yardımı ilə, artilleriya kəşfiyyat kompleksi müəyyən sektora nəzarət etməli, atəş alovunun və ya mərmi partlamaların baş verməsini aşkar etməlidir. Kamera görüntü məlumatlarını emal edən kompleks atəş vasitəsinin istiqamətini dəqiq bir şəkildə müəyyən edə bilir. Tapılan partlayış barədə məlumatların hesablanması real vaxtda həyata keçirilir.

Səs-istilik kəşfiyyat kompleksi audio siqnalları qəbul və emal edən vasitələrə də malikdir. Kompleksdə akustik siqnalların toplanması üçün dörd cihaz, eləcə də onların emalı üçün fərqli avadanlıqlar yer alır. Qəbuledici xarakterik əyri formaya, korpusa malikdir. Bu cihazların kompleksin yaxınlığında müəyyən mövqelərdə yerləşdirilməsi və kabellərin köməyi ilə birləşdirilməsi təklif olunur. Qəbuledici cihazın əsas elementi yer titrəmələrini elektrik siqnallarına çevirən seysmik sensordur.

Bir artilleriya qurğusundan açılan atış torpaqda əhəmiyyətli məsafələrə uzanan səs dalğası yaradır. Bu dalğaları aşkarlaya bilən "Penisilin" qəbulediciləri dərhal sonra zəruri hesablamaları yerinə yetirir. Dörd seysmik sensorun fərqli ərazilərdə yerləşdirilməsi titrəyişlərin bir qədər gecikmələrlə alınmasına gətirib çıxarır. Siqnalların qəbulu arasında yaranan fərq, titrəmə qaynağının istiqamətini və ona qədər olan məsafəni müəyyən etməyə imkan verir. Göründüyü kimi, audio kəşfiyyat cihazları optik qurğularla birgə istifadə edilə bilər ki, bu da hesabatların sürətini, düşmən topunun və ya mərmi düşən nöqtənin koordinatlarının dəqiqliyini artırır.

Nəşr olunan məlumatlara əsasən, AZTK 1B75 "Penisilin" atəş mövqelərini və ya düşən mərmilərin koordinatlarını 25 km-ə qədər geniş bir ərazi boyunca aşkar edə bilir. Düşmən minaatının aşkarlanması məsafəsi 10 km-ə çatır, digər növlər üzrə bu göstərici 18 km-dir. Səs dalğaları və ya infraqırmızı şüalanma mənbəyinin yerini hesablamaq üçün 5 saniyə kifayətdir. Artilleriya vasitələrinin fəaliyyət şərtlərindən və intensivliyindən asılı olmayaraq kompleks ən azı 90% partlayış və ya atışları aşkar (pelenq) edə bilər.

Seysmik sensorlardan məlumatlar operatorun iş yerinin ekranında

"Penisilin" standart rabitə vasitələri ilə və digər artilleriya bölmələri ilə qarşılıqlı əlaqə yarada bilir. O, nizamlama rejimində işləyərək mərmilərin düşmə yerlərini müəyyənləşdirir. Bu barədə məlumatlar isə artilleriya atəşini daha dəqiq yerinə yetirməyə imkan verir.

Artilleriya batareyalarına qarşı mübarizə aparan 1B75 kompleksi düşmənin atəş mövqelərini təyin etməli və öz artilleriya vasitələrinə atəş zərbəsi üçün hədəf göstərməlidir. Məlumatların qəbulu və emalı, həmçinin onların sonradan istifadəçilərə ötürülməsi minimum zaman tələb edir, bu isə artilleriya səmərəliliyini artırır.

Yeni AZTK 1B75 "Penisilin"in ən vacib xüsusiyyətlərindən biri də cəbhə xəttindən məsafədə işləmək qabiliyyətidir. Bundan əlavə, əməliyyat zamanı kompleks özünü biruzə verən amillərə malik olmaması ilə də fərqlənir. Kompleksin bütün əsas komponentləri yalnız qəbul rejimində işləyir, ötürücü rejimdə isə yalnız əlaqəni təmin edən radiostansiya fəaliyyət göstərir. Beləliklə, rəqib müəyyən kompleksin spesifik əlamətlərini aşkar edə bilmədiyi üçün ona qarşı əks tədbirlər də görə bilmir. Bu baxımdan, "Penisilin" fərqli aşkarlama prinsiplərindən istifadə edən digər artilleriya kəşfiyyat qurğuları üzərində müəyyən üstünlüklərə malikdir.

*****

Ötən il, yeni tipli artilleriya kəşfiyyatının avtomatlaşdırılan səs-istilik kompleksinin dövlət sınaqlarından keçirildiyi və yaxın gələcəkdə seriya istehsalına çıxa biləcəyi bildirildi. Göründüyü kimi, sənaye öz vəzifələrinin öhdəsindən uğurla gəlib, hazırda isə avadanlıqların gələcək istehsalı üçün istehsalat obyektləri hazırlanır.

Rusiya Müdafiə Nazirliyinin Quru Qoşunları üçün nə qədər 1B75 "Penisilin" sifariş edəcəyi hələ dəqiqləşdirilməyib. Lakin bu avadanlıqların alınması nəticəsində kəşfiyyat bölmələrinin potensialı artacaq, bu isə raket və artilleriya qoşunlarının imkanlarına da müsbət təsir göstərəcək.

Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: 1B75  

Artilleriyanın səs-istilik kəşfiyyat kompleksi - 1B75 "Penisilin" (FOTOLAR)

2018/11/image-1541231881.jpg
Oxunub: 1420     11:48     03 Noyabr 2018    