Paşinyan kiminlə danışıb?| Ermənistan-İran sərhədi bağlana bilər

2018/11/23423-3082330964.jpg
Oxunub: 2601     17:28     02 Noyabr 2018    
"İranla sərhədin hər an bağlanması istəklə deyil, çağırışlarla bağlıdır".

“ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə, Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasının sədri Armen Aşotyan, dünən parlamentin tribunasından baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın İranla sərhəddin de-fakto, hər an bağlana biləcəyinə dair bəyanatını xatırladaraq, "İranla sərhəd bağlandığı təqdirdə Ermənistanla Qarabağ hansı addımları atmağa hazırdırlar?" deyə XİN vəzifəsini icra edən Zöhrab Mnatsakanayana sualla müraciət edib.

Mnatsakanyan cavabında bildirib ki, bu cür şərhlər hər hansı tərəfdən sərhəd bağlamaq və ya açmaq niyyətindən deyil, daha çox çağırışlarla bağlıdır.

"Söhbət bizim milli maraqlarımıza qeyri-qənaətbəxş təsir edə biləcək, daha çox çağırışlar və vəziyyətin müxtəlif cür inkişafı haqqındadır. Biz bu məslədə kifayət qədər diqqətliyik və risklərin qiymətləndirilməsi baxımından iş aparırıq. Bizim xarici siyasətimizdə bütün rol oynayanlarla dostluq münasibətlərimiz var və təhdidləri azaltmaq məqsədilə bu dialoq vasitəsilə çağırışlara cavab verməyə çalışırıq", deyə Mnatsakanyan qeyd edib.

Paşinyan dünənki çıxışında Ermənistan-İran sərhəddinin hər an bağlana biləcəyini istisna etməyib: "Ermənistanın açıq olduğu hesab edilən, lakin əslində yarıaçıq vəziyyətdə olan 2 sərhəddi var. İranla münasibətlər geosiyasi təsirlərdən azad olmalıdır".

O qeyd edib ki, son zamanlar təcrübəli bir diplomatla görüşü zamanı həmsöhbəti Ermənistanın iki sərhədinin bağlanıldığını bildirib, açıq olan digər İran və Gürcüstanla mövcud iki sərhəddi isə realda yarıaçıq vəziyyətdədir.

“ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə, Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər. Erməni-gürcü sərhədləri də, məsələn, geosiyasi şərtlər, pis hava şəraiti səbəbindən de-fakto bağlana bilər. Ermənistan dənizsiz bir adadır. Bu şəraitdə Ermənistan necə hərəkət etməlidir? İndi erməni-türk münasibətlərinə gəldikdə, həmişə deyiləni gərək deyim. Ermənistanilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırdır", - deyə Paşinyan qeyd edib.

Lakin Paşinyan bu barədə tam olaraq kiminlə və niyə sərhədlərdən danışdığını açıqlamayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-İran   Sərhəd  

Paşinyan kiminlə danışıb?| Ermənistan-İran sərhədi bağlana bilər

2018/11/23423-3082330964.jpg
Oxunub: 2602     17:28     02 Noyabr 2018    