MUSV layihəsi: ABŞ Hərbi Dəniz Qüvvələri yeni ekipajsız kater istəyir – ANALİZ

2018/11/555-1541157983.jpg
Oxunub: 800     15:19     02 Noyabr 2018    
ABŞ hərbçiləri pilotsuz vasitələri, o cümlədən ekipajsız suüstü gəmilər sahəsini də inkişaf etdirir. Yaxın gələcəkdə bu cür nümunənin hazırlanmasına başlanacaq. Bir neçə gün əvvəl Pentaqon, gələcək perspektiv gəmi üçün taktiki və texniki tələblərin də daxil olduğu məlumat açıqladı. Maraqlanan şirkətlər indi yeni layihənin öz versiyalarını hazırlaya və onları nəzərdən keçirmək üçün Pentaqona göndərə bilər.

"Sources Sought/Request for Information" adlı sənəd oktyabrın 17-də ABŞ hökumətinin satınalma saytında nəşr olunub. İnformasiya sorğusunun müəllifi Hərbi Dəniz Qüvvələri olsa da, burada Hərbi Dəniz Donanması ilə bərabər Müdafiə Nazirliyinin bir neçə təşkilatı da hazırlıqlara cəlb edilib. Sənəd perspektiv gəmi ilə bağlı hərbçilərin istəklərini təsvir edir, həmçinin sifariş və icra şərtlərini müəyyənləşdirir.

Yeni proqrama qoşulmaq üçün müraciət müddəti noyabrın 19-da başa çatacaq. Bu zamana qədər potensial iştirakçılar layihənin texniki və iqtisadi əsaslandırmasını, bütün əsas taktiki və texniki xüsusiyyətlərin ümumi siyahısını təsvir edən sənədlər paketini təqdim etməlidirlər. Bu sənəddə qeyd edilir ki, hələlik əsas məqsəd təkliflərin qəbul edilməsindən ibarətdir. Xüsusi müqavilələrin bağlanmasına zəmanət verilmir. Bundan əlavə, müştəri yeni texnologiyanın bütün komponentlərinin yalnız ABŞ-da istehsal edilməsini vurğulayıb.

Yeni proqram və istənilən texnologiya modeli çox sadə bir ad aldı: "Medium Unmanned Surface Vehicle" (MUSV) - yəni Orta İnsansız Suüstü Vasitəsi. Yəqin ki, proqram iştirakçılarının gözlənilən layihələrinin öz adları olacaq. Hələlik yeni layihə MUSV adı altında gizlənir.

Müştəri gələcəyin gəmisinin gövdəsinə və üst quruluşuna ciddi tələblər qoymur. Beləliklə, MUSV uzunluğu 12 m-dən 50 m-dək ola bilər, eyni zamanda, yaxşı dəniz səyahəti və yüksək hərəkət xüsusiyyətləri təmin edilməlidir. Bundan əlavə, korpus zəruri avadanlıq və yanacaq təminatının yerləşdirilməsi üçün kifayət qədər həcmdə olmalıdır. Gəminin üst quruluşunda müxtəlif antenləri və digər radio-elektron avadanlıqları yerləşdirmək üçün maçta quraşdırılmalıdır. Gələcək gəmi layihəsində nəzərə almaq üçün, texniki tapşırığın bölmələrindən birində quraşdırılacaq qurğuların siyahısı və onların təxmini ölçüləri dərc edilib.

Enerji stansiyasının növü müəyyənləşdirilməsə də, hərbçilər öz istəklərini bildiriblər. Gəminin əsas mühərrikləri F-76 və ya F-44 tipli yanacaq istehlak etməli (dizel və ya kerosin) və gəminin hərəkət imkanları üçün məsuliyyət daşımalıdır. Həmçinin 300 kVt (minimal) və ya 500 kVt (üstünlük veriləcək səviyyə) gücündə olan elektrik generatorları ilə təminat nəzərdə tutulur. Gəminin kreyser sürəti 45 km/saat, arzu edilən sürəti isə 50 km/saat müəyyən edilib. Gəmi qənaət rejimində 30 km/saat sürətlə 4500 dəniz mili üzmə səviyyəsinə çatmalıdır, bundan sonra da yanacağın 10%-i çənlərdə qalmalıdır. Katerə üzərkən yanacaq doldurulmasını da təmin etmək vacibdir. Bu proses 4 dənizçi tərəfindən həyata keçirilməli olsa da, tam avtomatik rejimə üstünlük veriləcək.

Enerji stansiyalarına ziyan dəydikdə, qayıq hərəkətini və fəaliyyət imkanını qorumalıdır. Yerdə qalan aqreqatlar ən azı 30 km/saat (mümkünsə 36 km/saat) sürəti, eləcə də 200 kV-a qədər elektrik gücü hasilatını təmin etməlidir. Bu göstəricilərin hesabına MUSV bazaya qayıda və ya xilasetmə gəmisi ilə görüşə biləcək.

Minimum avtonom səviyyə - 60 gün, istənilən isə - 90 gündür. Bu müddət ərzində ekipajsız MUSV müstəqil şəkildə işləməli və hər hansı bir insanın iştirakına ehtiyacı olmamalıdır. Hər şeydən əvvəl, burada müxtəlif hissə və mexanizmlərə texniki xidmət göstərilməsinə ehtiyac olmaması nəzərdə tutulur.

Aşkar səbəblərə görə, gəminin radioelektron avadanlıqlarına xüsusi tələblər qoyulur. MUSV gəmisi hədəflərin müşahidəsi və axtarışı üçün, məlumatların emalı, idarəetmə və s. üçün məsul olan geniş çeşidli müxtəlif alətləri daşımalıdır. Eyni zamanda, gəminin əsas sistemləri ABŞ Silahlı Qüvvələrində mövcud və gələcək rabitə, idarəetmə sistemləri ilə tam uyğun olmalıdır.

Naviqasiya və idarəetmə həm avtomatik rejimdə, həm də uzaqdakı bir operator konsolundan istifadə etməklə həyata keçirilməlidir. Çox zaman gəmi operatora lazımi məlumatları göndərərək, müstəqil fəaliyyət göstərməlidir. Bütün lazımi naviqasiya vasitələrinin və avtopilotun hesabına bütün gözlənilən şərtlərdə təhlükəsiz səyahət təmin edilməlidir. Avtopilot dənizdəki hərəkətliliyi, sabit maneələri, suyun dərinliyini və s. nəzərə almalıdır. Həmçinin, avtomatlaşdırılan sistemlər hava şəraiti ilə bağlı gələn məlumatları emal etməli və sonrakı fəaliyyətləri planlaşdırarkən bunları nəzərə almalıdır. Yəqin ki, gəminin bort elektronikasında bütün bu problemləri həll etmək üçün süni intellekt elementlərindən istifadə ediləcək.

Müştəri podratçıdan həmçinin gəminin bort idarəetmə sistemləri ilə təchiz edilməsi imkanının nəzərdən keçirilməsini də tələb edir. Liman sularında və yaxın ətraf akvatoriyada gəminin idarə edilməsi 4 nəfər heyətə də həvalə edilə bilər. MUSV yedək gəmisi kimi fəaliyyət göstərməyi bacarmalıdır. Limandan ayrılma və qayıtma da daxil olmaqla, üzmənin hər bir mərhələsində, idarəetmənin yalnız uzaqdakı operator tərəfindən həyata keçirilməsinə üstünlük veriləcək.

İstismara davamlı hazır olması üçün katerin idarəetmə otağı ilə təchiz edilməsi məsləhət görülür. Bu tələblərin yerinə yetirilməsi mümkün olmadıqda, ekipajsız gəminin "adi" gəmiyə çevrilməsi 4 saatdan çox zaman tələb etməməlidir. İnformasiya tələbi ilə HDQ ekipajın zəruri tərkibini və üzvlərinin funksiyalarını aydınlaşdırmağı da tələb edir.

Gəminin maçtası bütün əsas elektron vasitələrdən ibarət müxtəlif antenləri quraşdırmaq üçün nəzərdə tutulur. MUSV bortunda bir neçə növ radiolokasiya, rabitə, idarəetmə stansiyaları və digər avadanlıqlar olmalıdır. Müştəri alt hissəsinin qismən bağlanması ilə yuxarı yarımkürənin tam müşahidə edilə bilməsini tələb edir. Gəminin müxtəlif struktur elementləri antenlərdən olan siqnalları örtməməlidir. Bəzi hallarda tələblər çox da sərt hesab edilmir və radiostansiyasının yalnız müəyyən bir sektorda işləməsinə imkan verir.

Radiolokasiya stansiyaları elektro-optik cihazlar tərəfindən tamamlanmalıdır. Gündüz və gecə kameralarının köməyi ilə avtomatlaşdırılan modul ətrafdakı məkanı izləyərək əsas təhlükələri müəyyən edə biləcək. Bundan əlavə, video görüntü siqnalının mövcudluğu ekipajsız kater ilə onun operatorunun qarşılıqlı əlaqəsini asanlaşdıracaq.

Yeni gəminin göyərtəsi hədəf avadanlıqlarının əvəz edilməsi və ya digər yük daşımaları, o cümlədən bir neçə konteyner quraşdırmaq üçün əlavə sahəyə malik olmalıdır. 40 metrlik və 20 metrlik dəniz konteynerlərin maksimum standart ağırlıqda yüklə daşınmasını təmin etmək tələb olunur. Konteynerlər avadanlıqların düzgün işləməsi üçün yük ərazisi azimutunda ən az 180 dərəcəlik bir bucağa malik olmalıdır. Sektorun arzuolunan genişliyi isə 270 °-dir. Standart modellərin konteynerlərində hansı cihazların daşınacağı hələ də müəyyənləşdirilməyib. Yəqin ki, sifarişçi yeni qayığı çoxməqsədli kompleks kimi inşa etdirəcək.

Texniki tapşırıq MUSV katerini PUA və ya yüngül pilotsuz üzən vasitələrin daşıyıcısı etməyi tələb etmir. Dizayn şirkəti onların nəqli və istifadəsini təmin etmək üçün vasitələrlə təminatı nəzərdə tuta bilər, lakin sifarişçi bunu tələb kimi məcburi hesab etmir.

Eyni zamanda, hərbçilər gəmini bir sərnişin bölməsi ilə təchiz etmək istəyir. O, xilasetmə və digər əməliyyatlarda istifadə edilməsi planlaşdırılan şəxsi heyəti daşıya bilməlidir. Təbii ki, bölmə bütün lazımi vasitələrlə təchiz olunmalıdır. Texniki tapşırıqda sərnişin bölməsinin ölçüləri və həcmi göstərilmir.

Tələblərə əsasən MUSV kateri hələlik hər hansısa silah və ya digər sistemlər şəklində özünümüdafiə vasitəsinə ehtiyac duymur. Gəminin mühafizəsi aşkarlama, yüksək sürət imkanı, xüsusi dizayn və proqram təminatı vasitəsilə həyata keçiriləcək. Potensial təhlükəli bir obyekt aşkar edildikdə, MUSV ondan uzaqlaşmaqla hücumdan və ya ələ keçirilməkdən yayınmalıdır. Bundan əlavə, üçüncü tərəfin komponentlərə, qurğulara və ya gəminin kabininə girişini istisna edən tədbirlər də görmək lazımdır. Gəminin elektron vasitələri anormal və şübhəli prosesləri aşkar edən, özünü diaqnostika edən proqramlara da sahib olmalıdır.

"Sources Sought/Request for Information" (Məlumat mənbələri/İnformasiya sorğusu) yalnız gələcək gəminin texniki görünüşü deyil, istehsal və istismar məsələlərini də nəzərdə tutur. Müqavilənin bağlanmasından 12-18 ay sonra podratçı texniki bir layihə hazırlamalı və prototipi təqdim etməlidir. Bundan sonra sınaqlar başlayacaq, onun nəticəsində isə yekun qərarlar qəbul ediləcək.

Artıq qeyd olunduğu kimi, gələcək MUSV aid bütün komponentlər ABŞ-da istehsal olunmalıdır. Eyni şərtlər prototipə və sonrakı seriya gəmilərinə də aiddir. Seriya avadanlıqlarının istismar müddəti 10 ildən az ola bilməz. Normal təmir və xidmət göstərildikdə bu müddət 15 ilə bərabər olmalıdır.

Yuxarıda qeyd olunduğu kimi, MUSV proqramı haqqında məlumat üçün müraciət oktyabrın 17-də dərc edilib. Ona qoşulmaq istəyən şirkətlərə ilk təklifi formalaşdırmaq üçün bir ay zaman verilib. İştirak etmək üçün müraciətlərin qəbulu noyabrın 19-da başa çatacaq. Bundan sonra Hərbi Dəniz Qüvvələri və texniki şərtləri tərtib edən digər təşkilatlar alınan təklifləri nəzərdən keçirəcək və maraqlı layihələri seçəcəklər.

Nəşr edilən məlumatlar yaxın gələcəkdə hadisələrin necə inkişaf edəcəyini göstərir. Təkliflərin qiymətləndirilməsi və ən müvəffəqiyyətli layihənin seçilməsi üçün müəyyən qədər vaxt sərf olunacaq. Bundan sonra Pentaqon bir sıra təklif olunan layihələrin gələcək inkişafı üçün müqavilələr bağlayacaq. Bu iş mərhələsi bir il yarıma qədər davam edə bilər, bundan sonra hərbçilər və sənaye mütəxəssisləri bir neçə təqdim edilən nümunənin müstəqil və müqayisəli sınaqlarına başlaya bilərlər. Bu sınaqlar zamanı ən uğurlu, silahlanma üçün ən uyğun variant seçiləcək.

Qeyd edək ki, nəşr olunan sənəddə potensial nümunənin məqsəd və vəzifələri barədə heç bir məlumat yoxdur. Bundan əlavə, hədəf avadanlıqlarının istənilən tərkibi də müəyyən edilmir. Müxtəlif qurğular və cihazlar göyərtədəki 20 və 40 metrlik standart konteynerlərdə yerləşdirilməlidir, lakin bunların tam olaraq nədən ibarət olacağı da sirr olaraq qalır. Müştərinin özünün katerin həll edəcəyi tapşırıq konturlarına dair qərar verməməsi, avadanlıqların tam seçilməsini də qeyri-mümkün edir.

MUSV gəmisinin əsas vəzifələrindən biri də sahil və ona yaxın dəniz zonasında patrul xidmətini yerinə yetirməkdən ibarət ola bilər. RLS və optik sistemlərin köməyi ilə kater vəziyyəti izləyərək operatoru aşkar edilən obyektlər barədə məlumatlandırmaq imkanı əldə edəcək. Gəminin sualtı qayıq əleyhinə müdafiə qüvvələrinin tərkib hissəsi kimi fəaliyyət göstərə biləcəyi bilinmir. Belə vəzifələr adətən gəmilərin dizaynı və cihazların yerləşdirilməsi üçün xüsusi tələblər irəli sürür.

Texniki tapşırığa görə, MUSV katerinin öz silahı olmamalıdır. Eyni zamanda, hər hansı bir silahın yük konteynerlərində nəql ediləcəyi də istisna edilmir. Nəzəri olaraq, orta qayıq geniş bir spektrdə silahlar əldə edə bilər: bir pulemyotlu döyüş modulundan idarə olunan raketlərin atıcı qurğusuna qədər. Yeni modelin tam olaraq nə ilə silahlanacağı Hərbi Dəniz Qüvvələrinin plan və istəklərinə bağlıdır.

Şəxsi fikrimə görə bu layihə ən sonunda lazer silahları ilə təchiz ediləcək. ABŞ HDQ-nin bir pulemyot və ya bir atıcı qurğuya görə 60 metrlik iki konteryneri göyərtədə yerləşdirilməsində israr etməsi ciddi qəbul edilə bilməz. Konteynerlərin iki yerə bölünməsi isə lazer hissəsinin generatordan ayrı yerləşdirilməsi məqsədi daşıdığına işarə edir.

Rusiya mətbuatı bildirir ki, informasiya sorğusunun nəşr olunmasından nümunənin qəbul edilməsinə qədər ən azı iki-üç il çəkə bilər. Hadisələrin ən müsbət və optimist inkişafı halında MUSV katerləri 2022-23-ci illərdən sonra xidmətə başlayacaq.

Reallıqda növbəti layihədən imtina ehtimalı çox yüksək deyil. ABŞ-da müxtəlif məqsədlər üçün ekipajsız gəmilərin bir neçə variantları artıq yaradılıb və bu cür bir layihənin də həyata keçirilməsi hər bir şansa malikdir. Son illərdə baş verən hadisələr və bəyanatlar göstərir ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri müxtəlif məqsədlər üçün ekipajsız gəmilərə böyük maraq göstərir. Bu cür avadanlıqların müxtəlif parametrlərlə inkişaf etdirilməsi üçün müxtəlif proqramlar hazırlanır. Bir neçə gün əvvəl də orta səviyyəli bir kater yaratmaq məqsədi olan MUSV proqramına başlanıb.

"Medium Unmanned Surface Vehicle" proqramı hələlik çox erkən mərhələdədir. Müraciət və təkliflərin qəbul edilməsi bir neçə həftə ərzində tamamlanacaq, bundan sonra isə yeni məlumatlar gözlənilməlidir. Ümid edirik ki, Pentaqon gələcək perspektivli texnologiyanın inkişafı barədə məlumatları gizlətməyəcək və yeni məlumatları vaxtında dərc edəcək.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: MUSV   ABŞ   Ekipajsız-gəmi  

MUSV layihəsi: ABŞ Hərbi Dəniz Qüvvələri yeni ekipajsız kater istəyir – ANALİZ

2018/11/555-1541157983.jpg
Oxunub: 801     15:19     02 Noyabr 2018    