“National Interest”: Qərb tədqiqatları Çin ordusuna necə kömək edir?

2018/10/J-20_-1540993006.jpg
Oxunub: 1409     17:32     21 May 2019    
Mançester Universitetində təhsil alan və çox böyük sərtliyə, elektrik keçiriciliyinə və elastikliyə malik qrafinin tədqiqatçıları ilə birlikdə çalışan çinli tələbə Huanq Xiancun 2016-cı ildə doktorantura təhsilini başa vurdu və Xalq Azadlıq Ordusunun əsas layihələrində işləmək üzrə Çinə geri döndü.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Avropa Müdafiə Agentliyi qrafini qarşıdakı onillikdə müdafiə qabiliyyətlərinin inqilabi dəyişikliyinə yol açacaq potensiala sahib materiallardan biri kimi görür.

Agentlik bildirib ki, qrafin yüngül və elastik, lakin poladdan 200 dəfə sərt maddədir. Onun elektrik və termal keçiriciliyi isə fövqəladə dərəcədədir.

Qrafin antennaları üzərində önəmli tədqiqatlardan sonra Huanq Qərb kompaniyalarından cəlbedici iş təklifləri alsa və Mançesterdə qalıb tədqiqatlarına davam etmə şansı tapsa da, o, Çinə qayıtmağı seçdi.

O, hazırda onu xaricdə təhsil almağa göndərmiş XAO-nun Milli Müdafiə Texnologiya Universitetində tədqiqatçı kimi çalışır. Çinli mənbələr bildirirlər ki, onun əsas məqsədi süni zəka və elektromaqnit qorunma sahələrində qrafinin imkanlarını yoxlamaq və qrafin üzərində çalışan dünya səviyyəli innovasiya komandası formalaşdırmaqdır.

Onun hekayəsi son onillikdə Çin ordusu tərəfindən seçilərək xaricdə təhsil və iş üçün göndərilən 2500-dən çox alim və mühəndisdən sadəcə biridir. Çin ordusunun bu fəaliyyətlərini ən çox həyata keçirdiyi ölkələrdən biri də Avstraliyadır. Bu ölkələr arasında Almaniya, Norveç, Birləşmiş Ştatlar və Britaniya da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Qrafin  

“National Interest”: Qərb tədqiqatları Çin ordusuna necə kömək edir?

2018/10/J-20_-1540993006.jpg
Oxunub: 1410     17:32     21 May 2019    