Rusiya və NATO Şurası ABŞ-ın OYMR-dan geri çəkilməsini müzakirə edəcək

2018/10/12062-1540815894.jpg
Oxunub: 758     16:23     29 Oktyabr 2018    
“Biz yaxın gələcəkdə baş tutacaq Rusiya-NATO Şurası görüşü üçün hazırlıqlara davam edirik”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda bu gün Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin jurnalistlərə məlumat verib.

O, yaxın gələcəkdə tərəflər arasında baş tutacaq görüş çərçivəsində ABŞ-ın Orta və Yaxın Mənzilli Raket (OYMR) müqaviləsindən geri çəkilməsinin də müzakirə ediləcəyini bildirib.

“Mən düşünürəm ki, bu görüş ən aktual məsələ olan - ABŞ-ın OYMR müqaviləsindən geri çəkilməsi müzakirə edilmədən sonlanmayacaq”, - deyə Kelin əlavə edib.

NATO rəsmilərinin verdiyi açıqlamaya görə, görüş oktyabrın 31-də Brüsseldə baş tutacaq.

Aytəkin Vəliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   NATO   OYMR  

Rusiya və NATO Şurası ABŞ-ın OYMR-dan geri çəkilməsini müzakirə edəcək

2018/10/12062-1540815894.jpg
Oxunub: 759     16:23     29 Oktyabr 2018    