ABŞ OYMR müqaviləsindən çıxır: Geosiyasi böhranın dərinləşməsi dünyaya nə vəd edir? – ANALİZ

2018/10/7-10783175998.jpg
Oxunub: 1773     11:34     25 Oktyabr 2018    
ABŞ son illərdə bir neçə dəfə Rusiya ilə bağlanan Orta və Yaxın Mənzilli Raket (OYMR) razılaşmasından çıxmaq istədiyini ən yüksək səviyyədə açıqlayıb. Öncədən də bu təşəbbüsün tərəfdarı ABŞ prezidentinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Con Bolton olduğu şübhə doğurmurdu. Çünki, 17 il əvvəl həmin Bolton təxminən eyni təkliflə Kreml rəsmiləri ilə bənzər bir görüş keçirmişdi.

ABŞ tərəfinin etiraz etdiyi "İsgəndər" kompleksləri üçün Rusiyanın hazırladığı yeni 9M729 qanadlı raketlərinin ("Kalibr" dəniz versiyalı qanadlı raketlərinin yerüstü variantı) atəş məsafəsi 2000 km-ə yaxındır. Digər etiraza səbəb "Avanqard" (RS-26 "Rubej") ballistik raketininin hazırlanmasıdır. Bu raketlər isə 2000 km-dən uzaq məsafədə hədəflərə zərbə endirə bilir.

Orta və yaxın mənzilli raketlərinin ləğv edilməsi haqqında sazişə görə, Rusiya və ABŞ bütün orta (1000-5500 km) və yaxın (500-1000 km) mənzilli balistik və qanadlı raket komplekslərini məhv etməyi, gələcəkdə isə bu tip raketləri istehsal etməməyi, sınaqdan keçirməməyi və yerləşdirilməməyi öhdələrinə götürüblər. Bu müqavilənin imzalanmasına aparan hadisələrin xronologiyasına daha geniş prizmadan nəzər salsaq, bu gün formalaşan hərbi-siyasi qarşıdurmanın səbəbləri daha aydın şəkildə gözlər önünə səriləcək.

1970-ci illərin ortalarında əvvəl ABŞ-da və sonra SSRİ-də lazer, infraqırmızı və televiziya raket tuşlama sistemi yaradıldı. Bu, hədəflərə endirilən zərbələrin dəqiqliyinin artmasına (müxtəlif hesablamalara görə 30 metrədək) səbəb oldu. Mütəxəssislər hücuma qarşı cavab mexanizmini aktivləşdirmək üçün qərar qəbul edilməzdən əvvəl qarşı tərəfin hərbi-siyasi rəhbərliyini məhv edəcək yeni bir nüvə zərbəsi imkanından bəhs etməyə başladılar. Nəticədə "uçuş müddətində" əlavə zaman qazanmaq sayəsində "məhdud nüvə müharibəsində" zəfər qazanma ehtimalı haqqında yeni ideyalar peyda oldu. 1973-cü il avqustun 17-də ABŞ müdafiə naziri Ceyms Şlezinger ABŞ-ın nüvə siyasəti üçün "rəhbərsizləşdirmə"ni yeni əsas konsepsiya kimi açıqladı. Onun həyata keçirilməsi üçün raketin uçuş zamanında əlavə dəqiqələr qazanmaq vacib idi.

Nüvə təhlükəsizliyinin və çəkindirməsinin inkişafında prioritet hesab edilən strateji "üçlük"dən orta və qısa mənzilli raketlərə keçməyə başlandı. 1974-cü ildə bu doktrina ABŞ-ın nüvə strategiyası haqqında qəbul etdiyi sənədlərdə öz əksini tapdı.

1977-ci ildə SSRİ, köhnə RSD-4 və RSD-5 (SS-4 və SS-5) komplekslərini dəyişmək bəhanəsi ilə orta mənzilli RSD-10 "Pioneer" (SS-20) raketlərin qərb sərhədlərində yerləşdirilməsinə başladı. Ümumilikdə, hər bir 3 fərdi hədəfi izləyən bloka malik, təxminən 300 raket döyüş növbətçilinə yerləşdirildi. Bu, Sovet İttifaqının NATO-nun Qərbi Avropadakı hərbi infrastrukturunu-idarəetmə mərkəzlərini, komanda məntəqələrini və müharibə vəziyyətində ABŞ qoşunlarının Qərbi Avropaya daşınmasına imkan verməmək üçün dəniz limanlarını bir neçə dəqiqə ərzində məhv etməyə imkan verirdi. SSRİ-nin adi silahlarla ümumi üstünlüyü fonunda Varşava Paktı Avropanın operativ fəaliyyət teatrında tam hərbi üstünlüyünü təmin edirdi.

Buna cavab olaraq, 1979-cu ilin dekabrın 12-də NATO Şurası 1983-cü ildə Avropada 572 ədəd "Pershing-2" raketlərinin yerləşdirilməsini nəzərdə tutan qərar qəbul etdi. "Pershing-2" raketlərinin qısa uçuş vaxtı (6-8 dəqiqə) ABŞ-a və ya NATO-ya Sovet Qitələrarası Ballistik Raket Komplekslərinin (QBRK) idarəetmə məntəqələrinə və atıcı qurğularına ilk zərbə endirmək imkanı verirdi. Eyni zamanda, 1983-cü ildə NATO ölkələri Sovet İttifaqının Avropaya yönələn raketlər problemini həll etmək üçün SSRİ ilə danışıqlar aparmağa da razılıq verdilər.

ABŞ-ın "Pershing-1" OTRK-sı düşmənin şəhərlərinə, hava limanlarına, hərbi-səhra anbarlarına, qoşunların cəmləşmə rayonlarına və atıcı qurğularına böyük hərbi birliklərin maraqlarında istifadə edilmək üçün nəzərdə tutulurdu. O, analoji təyinata malik "Red stone" ("Qırmızı Daş") raketini əvəz etmək üçün nəzərdə tutulurdu.

"Pershing-1" 60, 200 və ya 400 kt gücündə bir monoblok nüvə başlığına malik idi. Konstuksiyasına görə, 740 km məsafəyə malik yaxın mənzilli, qatı yanacaqlı iki pilləli mobil bazalı raket idi.

"Pershing-1A" raketləri Avropada ABŞ Ordusunun üç divizionu və Almaniya Silahlı Qüvvələrinin iki alayının tərkibində və hər divizionda 36 ədəd mobil OTRK olmaqla yerləşdirildi. AFR konstitusiyasında nüvə silahlarının saxlanmasına qadağa qoyulması səbəbindən, raketlərin idarə edilməsi ABŞ Ordusuna həvalə edildi. Sülh dövründə OTRK-nın az bir hissəsi döyüş növbətçiliyinə cəlb edildi, digər komplekslər bazalarda saxlanıldı.

Sovet İttifaqı ilə münasibətlər kəskinləşdiyində, OTRK batareyaları əvvəllər istifadə olunmayan mövqelərə göndərilirdi. Bütün batareyalar öz mövqelərində yerləşdikdən sonra, onlar öz növbəsində aşkarlanma səviyyəsini azaltmaq üçün ayrı-ayrı taqımlara bölünürdülər. Bu taqımların kompleksləri daim yerlərini dəyişdirərək, SSRİ-nin ilk raket zərbəsi zamanı öz sağ qalma şanslarını artırırdılar.

70-ci illərin ortalarında SSRİ ilə hərbi-siyasi balansdakı dəyişikliklə əlaqədar olaraq ABŞ orta mənzilli ballistik raketlərin yaradılmasına başladı. Öz ərazisində güclü bir cavab zərbəsinə məruz qalmaq təhlükəsi ABŞ siyasətçilərini bu vəziyyətdən məqbul bir yol axtarmağa məcbur etdi. "Məhdud nüvə müharibəsi" konsepsiyası hazırlandı və onun məqsədi nüvə münaqişəsi zonasını Avropaya keçirməklə Sovet İttifaqı ərazisinin ələ keçirilməsindən ibarət idi. 1972-ci ildə bu mövzuda nəzəri araşdırmalar başladı, bu da gələcək raket sistemi üçün taktik və texniki tələblər kompleksinin inkişaf etdirilməsinə imkan yaratdı.

1970-ci illərin ortalarından etibarən bir sıra raket istehsalçısı olan şirkətlər kompleksin yaradılması üzrə inkişaf fəaliyyətlərini genişləndirdilər. 1979-cu ildə geniş miqyaslı müqavilə "Martin-Marietta Aerospace" şirkəti tərəfindən qazanıldı. Layihə işləri 1982-ci ildə başa çatdırıldı. Apreldə isə "Pershing-2" adını qazanan raket uçuş sınaqlarına başladı.

"Pershing-2" OTRK 0.3, 2, 10 və 80 kt manevrli nüvə başlığına, 1800 atəş məsafəsinə malik orta mənzilli, mobil, iki pilləli və sərt yanacaqlı ballistik raket idi. Böyük dərinlikdə qorunan obyektləri məhv etmək üçün 50-70 m dərinliyə nüfuz edən nüvə başlıqları da hazırlandı.

Qərbi Almaniyada yerləşən üç raket əməliyyat bazasında, "Pershing-2" raketləri üçün 108 ədəd atıcı qurğu və 120 ədəd raket yerləşdirildi. Bavariyanın meşəlik ərazilərində yerləşən raketlərin Sovet İttifaqının Avropa hissəsinin mərkəzində yerləşən obyektlərə uçuş müddəti 8-10 dəqiqə oldu, bu isə ABŞ-a ilk "rəhbərsizləşdirmə" və "silahsızlaşdırma" zərbəsini endirməyə imkanı verən ilk təhlükəli silah titulunu qazandırdı.

1976-cı ildə "General Dynamics" şirkəti ABŞ HHQ-dən əvvəl istehsal etdiyi YBGM-109 (Tomahawk) dəniz qanadlı raketinin bazasında yerüstü versiyanın hazırlanması üçün müqavilə əldə etdi. GLCM yerüstü kompleksləri əvvəlki MGM-13 "Mace" qanadlı raketləri əvəz etdi. GLCM mobil kompleksləri ön nüvə silahlı qüvvələri təkibində xidmət etməli və hər cür şəraitdə nüvə raketlərinin buraxılmasını təmin etməli idi. 1983-cü ildə kompleks BGM-109G "Griffin" raketi ilə silahlanmaya qəbul edildi.

BGM-109G raketi, BGM-109A ilə eyni idi. Onun tək fərqi 0.2-dən 150 kilotona qədər dəyişən gücə malik W-84 termonüvə döyüş başlığından istifadə etməsində idi. Raketin atəş məsafəsi təxminən 2500 km idi. MAN AG 8×8 şassisi üzərində quraşdırılan TEL atıcı qurğusu 4 ədəd lüləyə sahibdir.

Sülh zamanında mərmilər gücləndirilən GAMA (GLCM Alert and Maintenance Area) yeraltı sığınacaqlarında yerləşdirilir. Hər bir batareya 16 raketdən ibarət idi. 1982-1988-ci illərdə 448 raketə sahib 6 raket briqdası yaradıldı, onlardan 304 ədədi Qərbi Avropada yerləşdirildi. "Pershing-2" raketləri ilə "Griffin" Şərqi Avropada Sovet "Pioner" ballistik raketlərinə cavab olaraq qiymətləndirilirdi. Həm ABŞ, həm də Rusiya nüvə silahlarının bu templərlə inkişafının dünyanın gələcəyi üçün kifayət qədər təhlükəli tendensiya olduğunu anlayırdı. Uzun müddət davam edən məxfi diplomatik məsləhətləşmələrdən sonra, 1987-ci ilin dekabrın 8-də gözlənilmədən ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov tərəfindən Ağ Evdə orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair müqavilə imzalandı. Nüvə raketlərinin ixtisarına dair çox mühüm müqavilənin imzalanmasından sonra tərəflər tarixi dəyər qazanan qələmlərini də dəyişdilər.

1991-ci ildə SSRİ-nin başçılıq etdiyi Varşava Müqaviləsi hərbi-siyasi təşkilatının dağılması keçmiş Varşava Paktı və bəzi keçmiş Sovetlərin Baltikyanı respublikalarının (Latviya, Litva və Estoniya) NATO-ya üzv olmasına və Şimal Alyansının şərqə doğru genişlənməsinə səbəb oldu. 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə isə Ukraynanın NATO üzvlüyünə namizəd kimi qəbul edilməsi Şimal Alyansının Rusiya sərhədlərinə maksimum yaxınlaşmasına, həm də Kreml üçün ən xoşagəlməz hal hesab edilən "strateji dərinliyin" Moskvanın ziyanına olaraq azalmasına səbəb oldu. Nəticədə Rusiya Federasiyasının Avropa hissəsinə NATO-nun Birləşmiş Silahlar Komandanlığının raket və aviasiyasının uçuş müddəti kəskin şəkildə azaldı ki, bu isə müvafiq olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələrinin cavab reaksiya müddətinin azalması demək idi. Məsələn, Ukraynanın Sum vilayətinin Çerniqov şəhərindən Moskvaya qədər məsafə 500 km-ə, Litvadan isə Moskvaya məsafə 660 km-ə bərabərdir. Belə bir əməliyyat teatrında Rusiyanın gözləmə mövqeyində qalacağını da düşünmək sadəlövhlük olardı.

ABŞ prezidenti Donald Tramp Rusiyanı 1987-ci ildə imzalanan müqavilənin şərtlərini pozmaqda, yeni raketlərin istehsalında və sınaqdan keçirilməsində ittiham edir. Rusiya isə bu faktları heç vaxt qəbul etməyib, əksinə ABŞ-ı Rusiyanın sərhədlərində RƏM sistemi ilə bərabər digər qoşun birləşmələrini yerləşdirməkdə günahlandırır. Digər ölkələrin, xüsusilə Çin, İran və KXDR-in bu müqavilədə iştirak etməməsi və heç bir öhdəlik daşımaması səbəbilə Vaşinqtonun OYMR müqaviləsindən çıxacağını və daha çox vəsaitə sahib olduqları üçün kifayət qədər raket istehsal edəcəklərini açıqlaması, onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirdi. Bu və digər aktual məsələlərin müzakirəsi məqsədilə ABŞ prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Con Bolton oktyabrın 23-də Moskvaya rəsmi səfərə etdi.

İki günlük səfəri çərçivəsində Con Bolton Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev, Xarici işlər naziri Dmitri Lavrov, Müdafiə naziri Sergey Şoyqu və prezident Vladimir Putinlə görüşlər keçirdi. Bu görüşlərdə OYMR müqaviləsindən başqa, əsasən iki dövlət arasındakı gərgin münasibətlər, Suriya və Ukraynadakı vəziyyət, Qafqazdakı regional münaqişələr, KXDR və İranın nüvə proqramları müzakirə edildi.

Moskva və Vaşinqton 1987-ci il müqaviləsinin pozulmasında bir-birini artıq dörd ildir ki, ittiham edir. ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə də bu məsələni müzakirə edərək Rusiyanın öhdəliklərinə əməl etmədiyini, digər ölkələrin öhdəlik götürmədiyi müqavilənin köhəldiyini və aktuallığını itirdiyini bildirib. Görüş zamanı Rusiya lideri Boltona deyib ki, o, prezident Trampla yeni danışıqlar keçirmək istəyir. Verilən məlumatlara əsasən, hər iki lider noyabrın 11-də Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyi münasibətilə Parisdəki tədbirdə iştirak edəcək. Putin tədbir çərçivəsində Trampla görüşməyi təklif edib. Bolton Trampın belə bir təklifi razılıqla qarşılayacağını düşündüyünü bildirib. Bundan sonra Bolton Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Bazar ertəsi Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşən Boltonun "digər ölkələrin də raket texnologiyasını inkişaf etdirdiyi bugünkü qlobal təhlükəsizlik mühiti ilə əlaqədar Soyuq Müharibə dövrünün ikitərəfli müqavilələrinin artıq əhəmiyyəti olmadığını" bəyan etməsi rəsmi Vaşinqtonun geri addım atmayacağına işarə edir.

Təbii ki, belə bir vəziyyətdə Rusiya daha geniş "strateji dərinliyə malik" SSRİ tərəfindən bağlanan bir müqavilə ilə əl-qolunu bağlamaq istəməz, lakin Soyuq Müharibə dövrünə geri qayıtmaq da az təhlükəli deyil. Çünki iki ölkə arasındakı müqaviləyə xitam verilməsi, öz əhəmiyyətinə görə hava hücumundan müdafiə müqaviləsindən çıxmaq deməkdir. NATO ilə sərhədlərdə ən kiçik mənzilli raketlərin belə Moskvanı zərbə radiusunda saxlaması, Rusiyanı cavab tədbirləri kimi daha müasir RƏM sistemi planlaşdırmağa, yeni komplekslərin istehsal prosesini yaratmağa vadar edəcək.

Son illərdə sanksiyalar və digər məhdudiyyətlər səbəbindən yeni texnologiyalar əldə etməkdə çətinlik çəkən Kremlin digər bir problemi də hərbi xərclərinin son illərdə azalan dinamikaya sahib olmasıdır. Digər tərəfdən Avropa ölkələri də bu vəziyyətdən heç də məmnun görünmürlər. Çünki, Rusiyanın simmetrik cavab tədbirləri artıq 25 ildir ki, müharibə təhlükəsini unudan Avropanın da hərbi xərclərinə yenidən baxmasına, İranla əməkdaşlıq və NATO büdcəsi kimi kritik məsələlərdə ABŞ-a qarşı atdıqları addımlardan imtina etməsinə səbəb olacağı gözlənilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: OYMR   ABŞ   Rusiya  

ABŞ OYMR müqaviləsindən çıxır: Geosiyasi böhranın dərinləşməsi dünyaya nə vəd edir? – ANALİZ

2018/10/7-10783175998.jpg
Oxunub: 1774     11:34     25 Oktyabr 2018    