Ermənistan ordusunda bir sıra komandirlər cəzalandırılıb

2018/10/34534-1540303472.jpg
Oxunub: 317     17:56     23 Oktyabr 2018    
Ermənistan ordusunda hərbi hissələrdən birində baş verən hadisəyə görə komandirlər cəzalandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz "Facebook" səhifəsində yazıb.

Məlumata görə, Ermənistan ordusunun "N" nömrəli hərbi hissəsində baş verən hadisə ilə əlaqədar hüquq mühafizə orqanlarının rəhbərlik etdiyi ilkin araşdırma orqanından müstəqil aparılan xidməti araşdırma əsasında Ermənistan müdafiə nazirinin əmri ilə hərbi hissə komandiri A.A.Çilinqaryan, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant A.V.Petrosyan, "N" nömrəli hərbi hissənin artilleriya batareyasının komandiri kapitan E.N.Kandayan, "N" nömrəli hərbi hissənin artilleriya divizionun komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor A.Z. Xaçatryan intizam qaydasında cəzalandırılmaqla, tutduqları vəzifələrdən bir pillə aşağı vəzifəyə endiriliblər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Cəzalandırma  

Ermənistan ordusunda bir sıra komandirlər cəzalandırılıb

2018/10/34534-1540303472.jpg
Oxunub: 318     17:56     23 Oktyabr 2018    