ABŞ ordusunun kabusu - Sovet MiQ-25-ləri

2018/10/1200p-1540302733.jpg
Oxunub: 616     17:51     23 Oktyabr 2018    
MiQ-25 Soyuq müharibənin qırıcıları içərisində ən gözəl təyyarələrdən idi. Bu təyyarələr ABŞ-ın supersəs bombardman və yüksəkdən uçan kəşfiyyat təyyarələrinin məhv edilməsi üçün nəzərdə tutulmuşdu.

MiQ-25-lər qlobal ixrac bazarında da mühüm önəmə sahib idi. MiQ-lər bir sıra müharibələrin hava döyüşlərinin əvəzolunmazı idi. Bu mühairəbələrdən ən məşhurları arasında Livan Döyüşləri, Suriya vətəndaş müharibəsi, Kargil müharibəsi (Hindistanvə Pakistan arasında 1999-cü il - red.), İran-İraq müharibəsi, İran Körfəzi müharibəsi və Liviya vətəndaş müharibəsini misal çəkmək olar ki, bu müharibələrdə MiQ-25-lər yüksək döyüş imkanları göstərib.

Lakin MiQ-25-lər mənfi xüsusiyyətlərə də sahib idi. Belə ki, onlar Max 3.2 sürəti ilə uçuş imkanına malik idilər. Bu isə onların mühərrikinə zərər verirdi. Nəticədə istehsalçılar sürəti Max 2.8-ə endirmək məcburiyyətində qaldılar.

Sonralar MiQ-25-lər MiQ-31-lərin inkişafı üçün baza rolunu oynadı. MiQ-31-lər hələ də Rusiya HHQ-də fəaliyyət göstəririlər.

Bu gün yalnız Əlcəzair ordusunda MiQ-25-lərdən çox sayda istifadə olunur. MiQ-25-lərdən Suriya və Liviyada da az sayda istifadə edilir.

MiQ-25-lərin xüsusiyyətlərindən digər təyyarələrdə də istifadə olunmasına baxmayaraq, onun əsl davamçısı və xələfi qismində MiQ-31-lər çıxış edir.

İlkin Məmmədov
Ordu.az

Teqlər: MiQ-25   Sovet   ABŞ  

ABŞ ordusunun kabusu - Sovet MiQ-25-ləri

2018/10/1200p-1540302733.jpg
Oxunub: 617     17:51     23 Oktyabr 2018    