NATO Norveçdə hərbi əzələ göstərişinə hazırlaşır

2018/10/34534-1540301533.jpg
Oxunub: 256     20:54     23 Oktyabr 2018    
Şimali Atlantika Alyansı bu həftə Norveçdə özünün Soyuq Müharibədən sonrakı dövr üçün ən böyük hərbi təlimlərinə başlayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, oktyabrın 25-i start götürəcək təlim noyabrın 7-nə qədər davam edəcək.

“Trident Juncture 18” adı verilmiş təlim zamanı hücum altında olan bir müttəfiq ölkənin müdafiəsi üçün sürətli səfərbərliyin simulyasıyası həyata keçiriləcək.

NATO-nun Müttəfiq Qüvvələr Komandanlığının rəhbəri, ABŞ donanmasının admiralı Ceyms Foqqo bildirib ki, bu təlim NATO-nun istənilən rəqibə qarşı özünü müdafiə etmə imkanına malik olduğunu göstərəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Norveç   Təlim  

NATO Norveçdə hərbi əzələ göstərişinə hazırlaşır

2018/10/34534-1540301533.jpg
Oxunub: 257     20:54     23 Oktyabr 2018    