DTK agenti: "MKİ-nin Kabildəki mövcudluğu bizi Əfqanıstana girməyi sövq etdi"

2018/10/Evsta-1540299672.jpg
Oxunub: 332     16:59     23 Oktyabr 2018    
“Dövlət Təhlükəsizlik Komitəsi Əfqanıstandakı əməliyyatlara qarşı idi. Lakin Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstandakı mövcudluğu ilə bağlı DTK hesabatları Sovet ordusundan Əfqanıstanda əməliyyatlar həyata keçirtməyi tələb edirdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı DTK veteranı və Əfqanıstan əməliyyatlarının iştirakçısı Valeri Samunin açıqlayıb.

Valeri Samunin bildirib ki, təxminən 30 il öncə Sovet İttifaqı Əfqanıstandakı 10 illik hərbi əməliyyatları bitirdi və əməliyyatlar sübut etdi ki, Sovet–Əfqan müharibəsi Sovet İttifaqı üçün dağıdıcı nəticələr səbəb olub.

“Həm DTK, həm də SSRİ Kommunist Partiyası hərbi əməliyyatlara qarşı çıxdı, lakin Sovet kəşfiyyatının ABŞ MKİ-nin Əfqanıstandakı fəiliyyəti barədəki hesabatları ordunu əməliyyatlara başlamağa məcbr etdi”, - deyə o bəzi detallara toxunub.

Samunin qeyd edib ki, ordu rəsmilərinin Əfqanıstanın işğalı ilə bağlı hələ də qaranlıq məqamları var: “Ordu rəhbərliyindəki müharibəyə yollanmış bir çox generallar, indi təkid edirlər ki, onlar müharibəyə Sovet kəşfiyyatı və kommunist idarəçilər tərəfindən atılıblar”.

İlkin Məmmədov
Ordu.az

Teqlər: SSRİ   Əfqanıstan   MKİ  

DTK agenti: "MKİ-nin Kabildəki mövcudluğu bizi Əfqanıstana girməyi sövq etdi"

2018/10/Evsta-1540299672.jpg
Oxunub: 333     16:59     23 Oktyabr 2018    