İranlı hərbi qulluqçular terrorçular tərəfindən qaçırılıb

2018/10/13461-1540293764.jpg
Oxunub: 258     15:22     23 Oktyabr 2018    
Pakistan sərhədi yaxınlığında 12 iranlı hərbi qulluqçunun qaçırılmasında terrorçular məsuliyyət daşıyır.

Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 16-da “Caiş əl-Adl” adlı terrorçu qruplaşma iki ədəd foto yayımlayaraq iranlı hərbi qulluqçuların qaçırıldığını iddia edib.

Yayımlanan fotolarda İran İnqilab Keşikçiləri Koprusunun 7 üzvü və 5 polis əməkdaşı göstərilib.

Qeyd edək ki, iranlı hərbi qulluqçular Sistan-Bəlucistanın mərkəz şəhəri olan Zahedandan 150 kilometr cənubda yerləşən Lulak kəndi yaxınlığında qaçırılıb.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: İran   Pakistan   Hərbçi  

İranlı hərbi qulluqçular terrorçular tərəfindən qaçırılıb

2018/10/13461-1540293764.jpg
Oxunub: 259     15:22     23 Oktyabr 2018    