Silah yarışı qorxusu: ABŞ, Rusiya, Çin yeni raketlə öndədirlər

2018/10/Space-1540292822.jpg
Oxunub: 526     15:03     23 Oktyabr 2018    
Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxmaq niyətini müzakirə etmək üçün Moskvadadır. 31 illik müqavilənin sonlanması dünya güclərinin yenidən silah yarışı təfəkkürünə qayıtmasına işarədir.

Amma bu son nəticə deyil. Silah yarışması təkcə nüvə silahları sahəsində deyil, digər silah növlərində də aparılır. Ötən 1 il ərzində ABŞ, Rusiya və Çin yeni növ raketlərin inkişafında xeyli addım atıblar. Bu raketlər demək olar ki, mövcud olan hər şeydən sürətli və uzağa uça bilər.

Hipersəs silahları kimi tanınan bu raketlər səsdən 5 dəfə çox sürətlə hərəkət edə bilir. Bu raketlər RƏM-lərdən yayınaraq və rəqib ərazisində heç bir xəbərdarlıq sistemlərini işə salmadan zərbə endirə bilər.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya “Kinjal” adlı bu növ raketləri artıq test edib. Çin də bəyan edib ki, “Starry Sky 2” adlı hipersəs raketlərinin ilk uğurlu testi həyata keçirilib.

Ötən ay ABŞ ordusunun rəsmiləri tərəfindən verilən açıqlamalarda, hipersəs sistemlərində olan liderliyin itirildiyi qeyd olunurdu. ABŞ hipersəs tədqiqatlarının aparılması üçün “Lockheed Martin” şirkəti ilə 1.4 mlrd dollarlıq müqavilə imzlayıb. Artıq raketlərin hazırlanması prosesi başlayıb.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Rusiya   ABŞ   Çin   Hipersəs-silahlar  

Silah yarışı qorxusu: ABŞ, Rusiya, Çin yeni raketlə öndədirlər

2018/10/Space-1540292822.jpg
Oxunub: 527     15:03     23 Oktyabr 2018    