Pakistan Svat əməliyyatını yekunlaşdırıb

2018/10/ac9e3-1540282204.jpg
Oxunub: 500     11:54     23 Oktyabr 2018    
Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Svat vadisində nəzarətinin bərpası uğrunda həyata keçirilən əməliyyatı başa çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bölgənin nəzarəti artıq mülki orqanlara ötürülüb.

Qeyd edək ki, Pakistanın “İsveçrəsi” kimi tanınan vadidə 2007-2009-cu illər arasında təhlükəsizlik qüvvələri və “Taliban” meyilli qiyamçıları arasında geniş miqyaslı döyüşlər baş verib.

Həmin vaxtdan sonra da 10 ilə yaxın dövr ərzində mütəmadi olaraq baş verən qanlı qarşıdurmalardan sonra Pakistan ordusu nəhayət ki, bölgədə tam sabitliyin təmin edildiyini elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Pakistan Svat əməliyyatını yekunlaşdırıb

2018/10/ac9e3-1540282204.jpg
Oxunub: 501     11:54     23 Oktyabr 2018    