Lələtəpədən döyüş əməliyyatları teatrına baxış - HƏRBİ EKSPERT (FOTOLAR)

2018/10/t6345-1540277962.jpg
Oxunub: 4291     17:32     23 Oktyabr 2018    
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik yüksəklikdir. Bunu xatırlatmaqda məqsədim, Qarabağ münaqişəsi teatrında yerləşən Kiçik Qafqaz sıra dağlarına aid yüksəkliklərin əhəmiyyətini vurğulamaqla yanaşı, əməliyyatların planlaşdırılmasında və düşməni maraqlarımıza uyğun hərəkətə məcbur etməkdə onlardan səmərəli istifadə edilməsinə diqqət yönəltməkdir. Hər bir dağ, döyüş əməliyyatları teatrının landşaftı özünə görə unikal və rəngarəng olur.

Əməliyyatların planlaşdırılmasına gəldikdə isə Ordumuzun gələcək hərbi əməliyyatlar teatrının əsasən yüksək və orta dağlıq relyefdən ibarət olduğunu nəzərə almalıyıq. Dağlıq relyefin bütün xüsusiyyətləri, iqlim şəraiti, mürəkkəb meteroloji vəziyyəti, qayaları, yoxuşları, uçqunları, qar təbəqələri nəzərə alınmalı, şəxsi heyət və texnikaların hazırlığı müvafiq tələblərə uyğun olaraq həyata keçirilməlidir.

Lələtəpə yüksəkliyi çox yüksək olmasa da Dağlıq Qarabağ ərazisindəki əhəmiyyətli yüksəkliklərdən biridir. Yüksəklik, 1994-cü ildə “Horadiz Əməliyyatı” zamanı Ordumuz tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən düşmənin nəzarətinə keçib. Lələtəpədən Horadiz istiqamətində hücuma keçmək, ətraf rayon və qəsəbələri, avtomobil və dəmir yol stansiyasını atəş altında saxlamaq mümkün idi. Lələtəpə hər iki tərəf üçün hücum plasdarmı ola biləcək yüksəklik xüsusiyyətinə malikdir.

2016-cı ildə Dağlıq Qarabağda bərpa olunan əməliyyatlar, elə dayandığı yerdən başladı. Odundağ, Lələtəpə, Talış və Günnüt kimi yüksəklik və yaşayış məntəqələrimiz Ermənistan tərəfindən 1994-cü il atəşkəs razılaşmasına qədər işğal edilən və atəş nəzarəti altında saxlanılan ərazilər idi. Döyüşlər barədə kifayət qədər yazılsa da, son iki ildə sözügedən istiqamətlərin azad edilməsinin vacibliyi bir az kölgədə qalıb.

Bu yazıda Ordu.az saytının bir qrup əməkdaşının cəbhə bölgəsinə səfəri zamanı əldə etdikləri fotomateriallardan istifadə edərək, Lələtəpə yüksəkliyinin ələ keçirilməsinin gələcək döyüşlərin planlaşdırılmasında əhəmiyyətindən bəhs edəcəyik.

Əlimizdə olan materiallardan məlum olur ki, Ermənistan silahlı qüvvələrindən azad edilən mövqelərin mühəndis təminatı əsasən Azərbaycanın işğal edilən kəndlərindəki evlərdən və üzüm bağlarından sökülən inşaat materialları hesabına aparılıb. Səngərlər mühəhdis təminatı haqqında təlimatın tələblərinə tam cavab vermir. Düşmən ordusunun tərk etdiyi müdafiə mövqelərini analiz edərkən məlum olur ki, döyüşlərə qədər mühəndis kəşfiyyatının aparılması və ərazilərin müşahidəsi elektron vasitələrdən istifadə edilmədən kustar üsulla aparılıb. Lakin döyüşlərdən sonra düşmən müşahidə üçün nəzərdə tutulan teleskopik kameralardan aktiv şəkildə istifadə edir.

Düşmənin əsas zərbə istiqamətində 1 km məsafədə ən azı 3-4 mühəndis müşahidə məntəqəsi (MMM) fəaliyyət göstərməli idi. Mühəndis maneələr sistemi xaotik şəkildə hər tərəfə basdırılan müxtəlif təyinatlı minalardan və beton dirəklərdən ibarətdir. Döyüşün gedişində rəqibin “müdafiə rayonu”nun dərinliyinə irəlləməsinin qarşısını almaq üçün mövcud olan azsaylı mühəndis maneələrinin manevr etməsinə cəhd belə edilməyib.

Təpəlik ərazi üçün xarakterik olan və atəş əlaqəsini təmin edən çoxpilləli dayaq məntəqəsi sistemindən, həmçinin düşmənin gizli şəkildə yaxınlaşmasını istisna edən dairəvi müşahidə məntəqələri də çatışmayan elementlər siyahısındadır. Eşalonlararası əlaqə yolları tələbata uyğun deyildi. Ön xətt bölmələrinin maskalanma tədbirlərinin həyata keçirilməsinə diqqət yetirilməyib.

Şəxsi heyətin döyüş növbətçiliyi aparması üçün yaradılan primitiv şərait düşmən əsgərlərinə döyüş tapşırıqlarını tam həcmdə yerinə yetirməyə imkan verə bilməzdi. 6 aydan bir geyimlərin dəyişdirilməsinin vacib olduğu halda erməni əsgərlərin əşya təminatı ən azı ildə bir dəfə həyata keçirilib. Sığınacaqlar təhlükəli konstruksiyaya malikdir. Lakin onların üstünün beton bloklarla örtülməsi və səngərlərin beton dirəklərlə döşənməsi müsbət haldır. Düşmənin mövqeləri, komanda müşahidə məntəqəsi, qərargah və artilleriya mövqeləri və s. barədə əldə olunan dəqiq kəşfiyyat məlumatlarından gələcək əməliyyatların planlaşdırılmasında istifadə ediləcəyi ehtimal olunur.

1994-cü ildə atəşkəs elan edildikdən sonra Lələtəpə yüksəkliyi və ətraf məntəqələr 22 ildən çox düşmənin nəzarətində qaldı. Hərbi baxımdan bu ərazilər mühüm əhəmiyyətə malik idi. Yüksəkliklərə nəzərət edən Ermənistan, Azərbaycan Ordusunu öz mövqelərindən məsafədə saxlayır, Horadiz və ətraf yaşayış məntəqələrini atəş altında tutaraq bütün yol infrastruktuna, qovşaqlara və dəmir yol stansiyasına nəzarət edirdi. Bu yüksəklikdən ərazilərimiz yaxşı müşahidə edilirdi və istənilən halda yaşayış məntəqələrimiz düşmənin birbaş atəşinə məruz qalırdı. Lələtəpəyə nəzarətin düşməndə olması Ordumuzun əsas və ehtiyat bölmələrinin gizli manevr etməsini və ya döyüşə daxil edilməsini məhdudlaşdırırdı. Yüksəklikdən keçən “müdafiə xətti”, düşmən tərəfindən möhkəmləndirilən zolağın bir hissəsini təşkil edirdi. Ehtimal ki, düşmən taborunun komanda müşahidə məntəqəsi, bir bölüyə qədər şəxsi heyəti, tabora verilən HHM vasitəsi, hava kəşfiyyat məntəqəsi bu yüksəklikdə yerləşib.

Dağlıq və təpəlik ərazilərdə hücum əməliyyatları aparmaq bölmələrdən, hətta hər bir əsgərdən xüsusi hazırlıq tələb edir. Hücuma hazırlaşan birlik və bölmələr ərazidə bölük və tağım səddlərində açıldıqda, onların fəaliyyəti hakim yüksəkliklərdə yerləşən düşmən tərəfindən rahatlıqla müşahidə edilir. Standart vəziyyətlərdə dağlıq ərazilərdə adətən tabora qədər qüvvə ilə düşmən müdafiəsinin arxasına keçərək əməliyyat tempinin yüksəldilməsinə nail olmaq mümkündür.

Məlum olur ki, Dağlıq Qarabağda 25 il ərzində möhkəmləndirilən sədd belə bir manevrlərin həyata keçirilməsini də məhdudlaşdırırdı. Aviasiyanın havada üstünlük əldə etməsi şəraitində isə şəxsi heyətin uzunmüddətli dağ keçidlərində enerjisini itirməməsi üçün, onları düşmən arxasındakı məntəqələrə məhdud görmə şəraitində helikopterlərlə desant çıxarma əməliyyatı ilə çatdırmaq daha məqsədəuyğundur. Lakin aprel hadisələri zamanı əməliyyatlar öncədən planlaşdırılmadığı üçün aviasiyadan demək olar ki, istifadə edilmədi. Bu istiqamətdə yalnız bir dəfə helikopterdən istifadə etmək üçün cəhd edildi. Düşmən tərəfindən atılan “Strela” DZRK atəşi ilə 3 pilotumuzu və helikopterimizi itirdikdən sonra aviasiyanın tətbiqindən imtina etdik. Həmçinin əsasən dumanlı və çiskinli iqlim şəraiti orta dağlıq ərazidə aviasiyadan istifadə etmək üçün çox da uyğun deyildi.

Əldə edilən foto və videomateriallardan görünür ki, Horadiz və digər ətraf yaşayış məntəqələri, stansiya və yolqovşaqları düşmən atəşi təhlükəsindən xilas edilib. Ordumuz Xocavənd-Füzuli-Cəbrayıl istiqamətində hücuma keçmək üçün ideal bir plasdarm əldə etdi. Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrinin maddi texniki təminatı Fizuli rayonundan həyata keçirilir. Silahlı Qüvvələrimizin bu istiqamətdə hücumunun ilkin vəzifəsinə daxil ediləcək hakim yüksəkliklərin, təchizat və magistral yol qovşaqlarının ələ keçirilməsi düşmənin ehtiyat qüvvələrinin manevr imkanlarını və təchizat qabiliyyətini ciddi şəkildə məhdudlaşdıracaq. Bunlar isə nəticədə düşmənin müdafiə və atəş sisteminin dağıdılmasına, daha sonrakı vəzifənin yerinə yetirilməsinə, yəni Fizuli rayonu istiqamətində düşmənin əməliyyat şəraitinə nəzarəti itirməsinə və geri çəkilməyə məcbur edilməsinə səbəb olacaq. Fizuli rayonunun azad edilməsindən sonra hücum templərinin saxlanılması və ehtiyatların döyüşə daxil edilməsinin “qadağan edilməsi”, düşmənin panikaya düşməsinə və digər rayonlarda daha zəif müqavimət göstərərək tərk etməsinə səbəb olacaq.

Son iki ildə azad edilən əraziləri ayrı-ayrılıqda analiz etdikdə məlum olur ki, Silahlı Qüvvələrimiz düşmən təxribatlarına cavab olaraq, geniş miqyaslı hərbi əməliyyatlara dair hazırlıq tədbirləri həyata keçirir. Hazırlıq tədbirlərinin uğurlu nəticələnməsi üçün ən vacib elementlərindən biri də doğru zamanda, doğru istiqamətdən gözlənilməz və sarsıdıcı zərbə endirməkdən ibarətdir. Bu faktorlar isə hərbi əməliyyatlarının başlanması üçün uyğun plasdarmların və əsas zərbə istiqamətinin doğru seçilməsindən asılıdır. Hazırda Ordumuz bütün istiqamətlərdə qələbəni asanlaşdıra biləcək ən azı 1-2 ciddi plasdarma malikdir. Bu plasdarmlar vasitəsilə ilkin mərhələdə yaxın tapşırıq çərçivəsində Naxçıvan Əlahiddə Ordusu Gorus-Laçın dəhlizindən Qarabağın dağlıq hissəsinə zirehli texnikaların girişinin “qadağan edilməsi” ilə düşmənin ümümqoşun ehtiyatlarının döyüşə daxil edilməsinə mane ola bilər, nəticədə Cənub qüvvələri Lələtəpə plasdarmından istifadə edərək Fizuli-Cəbrayıl istiqamətində hücumun ilk fazasını uğurla və daha az itki ilə başa çatdıra bilər. Ehtiyat birliklərin döyüşə daxil edilməsi ilə hücumu inkişaf etdirərək əməliyyatın sonrakı tapşırığını yerinə yetirməklə, bu istiqamətdə müharibəni məntiqi sonluğa yaxınlaşdırmaq mümkündür. Lakin düşmənin əks-hücumlara keçəcəyini, artilleriya vasitələrindən intensiv istifadə edəcəyini də unutmamaq lazımdır.

Bunun üçün ikinci eşalon və ümümqoşun ehtiyat bölmələrindən istifadə edərək yüksək hücum tempini saxlamaqla düşmənə qüvvələrini yenidən qruplaşdırmağa imkan verməmək zəruridir. Yeni ehtiyatların döyüşə daxil edilməsinin qarşısı isə ya cəmləşmə rayonlarında, mümkün olmadıqda isə “girişi qadağan edilən” zonalar və səddlər yaratmaqla alınmalıdır. Azad edilən ərazilərin mühəndis istehkam hazırlığına da xüsusi diqqət yetirilməlidir.

Bütün böyük qələbələr hakim mövqelərin ələ keçirilməsindən başlayır. Son illərdə azad etdiyimiz yüksəkliklərin baş verə biləcək hərbi əməliyyatlarda vacib plasdarm rolunu oynayacağını Ermənistan da yaxşı anlayır.

Əməliyyatların planlaşdırılmasına gəldikdə isə yuxarıda qeyd etdiyimiz kimi, Ordumuzun gələcək hərbi əməliyyatlar teatrının əsasən yüksək və orta dağlıq relyefdən ibarət olduğunu nəzərə almalıyıq. Dağlıq relyefin bütün xüsusiyyətləri, iqlim şəraiti, mürəkkəb meteroloji vəziyyəti, qayaları, yoxuşları, uçqunları, qar təbəqələri nəzərə alınmalı, şəxsi heyət və texnikaların hazırlığı müvafiq tələblərə uyğun həyata keçirilməlidir.

Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçəcəyi təqdirdə çox asanlıqla işğal altında olan Cəbrayıl və Füzuli rayonlarını işğaldan azad edə bilər. Standart döyüşlərdə geri çəkilən qoşunu dayandırıb, yenidən əks hücuma cəlb etmək adətən mümkün olmur. Bu məqsədlə ümumqoşun və strateji ehtiyatlardan istifadə edilməlidir. Hücumun miqyasının müdafiənin yarılma zonasının genişləndirilməsi hesabına artırılması düşmənin məhdud ehtiyatlardan istifadə imkanlarını da daralda bilər. Yəni istənilən variantda hücumlar sürətli və miqyasına görə kifayət qədər geniş olmalıdır. Əvvəllər bu münaqişənin sülh yolu ilə nizamlanmasına hansısa ümidlər var idisə, hazırda bu qətiyyən mümkün olan bir variant deyil. Odur ki, bütün istiqamətlər üzrə, o cümlədən Lələtəpə plasdarmı ətrafında yerləşən birliklərin hissə və bölmələrini ağır, lakin şərəfli vəzifəni yerinə yetimək üçün səfərbər etmək lazımdır.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Lələtəpə   Aprel-döyüşləri   Qarabağ-müharibəsi  

Lələtəpədən döyüş əməliyyatları teatrına baxış - HƏRBİ EKSPERT (FOTOLAR)

2018/10/t6345-1540277962.jpg
Oxunub: 4292     17:32     23 Oktyabr 2018    