Çinin J-10 qırıcı təyyarəsi qəzaya uğrayıb

2018/10/Getty-1540275471.jpg
Oxunub: 297     10:07     23 Oktyabr 2018    
Çin Xalq Azadlıq Ordusunun Hava Qüvvələrinə məxsus J-10 təyyarəsi ölkənin cənubundakı Quanqdonq vilayətində qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza vilayətin Zanjianq şəhərində təlim zamanı baş verib.

Oktyabrın 18-də baş verən və Çin ordusunun, mətbuatının səssiz qaldığı insident barəsində adının açıqlanmasını istəməyən bir qadın danışıb.

Onun sözlərinə görə, təyyarə təlim çərçivəsində uçuşlar həyata keçirərəkən gözlənilmədən havadaca yanmağa başlayıb. Pilotun katapultdan istifadə etməyə şansı belə olmayıb və hadisə nəticəsində həyatını itirib.

Çin rəsmilərinin xüsusilə sakit qalmasına səbəb kimi hadisədən cəmi dörd gün sonra, yəni dünən eyni poliqonda Çin-ASEAN birgə hərbi təlimlərinin başlanacağı göstərilir.

Qeyd edək ki, J-10 təyyarələrinin hazırlanmasına 1986-cı ildən başlanıb və o “Chengdu” Təyyarə Dizayn İnstitutunda layihələndirilib. Təyyarənin ilk uçuşu 1998, istifadəyə qəbulu isə 2003-cü ilə təsadüf edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   J-10  

Çinin J-10 qırıcı təyyarəsi qəzaya uğrayıb

2018/10/Getty-1540275471.jpg
Oxunub: 298     10:07     23 Oktyabr 2018    