China Daily: ABŞ-ın nüvə müqaviləsindən çəkilməsi Pandorranın qutusunu açacaq

2018/10/akrus-1540218069.jpg
Oxunub: 378     19:43     22 Oktyabr 2018    
ABŞ prezidenti Donald Trampın Ortamənzilli Nüvə Silahları Müqaviləsindən çəkilmə bəyanatını verməsindən sonra hər kəs onun sadəcə aralıq seçkilərdə daha çox səs qazanma, yaxud Rusiyadan imtiyazlar əldə etmə cəhdi olduğuna ümid edir.

Lakin əgər o, bu tarixi müqaviləni qüvvədən salsa, ABŞ prezidenti Soyuq Müharibə dövründən qalma nüvə təhlükəsizliyi rejiminə sarsıdıcı zərbə vurmuş və obrazlı desək, Pandoranın problemlər qutusunu açmış olacaq.

1987-ci ildə imzalanmış və 300-3400 mil mənzilə sahib raketlərin yerləşdirilməsini qadağan edən müqavilə Avropada ABŞ və Rusiya arasında nüvə qarşıdurmasının baş verməsi təhlükəsinə son qoymuşdu. Müqavilə sayəsində təqribən 2700 ədəd qısa və orta mənzilli raketlərin aradan qaldırıldı.

O, təkcə bahalı və təhlükəli nüvə silahları yarışına son vermədi, eyni zamanda ABŞ və onun Avropadakı, Uzaq Şərqdəki müttəfiqlərinə etibarlı təhlükəsizlik təmin etdi.

Buna görə də, NATO Müdafiə nazirləri bu müqaviləni Avro-Atlantik təhlükəsizlik üçün önəmli olduğunu ifadə edən birgə bəyanat yaydılar və ona sadiq qaldıqlarını elan etdilər.

Bir çoxları Trampın bu müqavilədən çıxmasının 1980-ci illərdən etibarən nüvə silahlarına nəzarət baxımından gətirilən sakitliyi böhrana sürükləyəcəyindən ehtiyat edirlər. Rəsmi Vaşinqton həm də 2010-cu ildə Rusiya ilə imzaladığı və strateji döyüş başlıqlarının yerləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan “New START” müqaviləsini də uzatmağa meyilli deyil. Bu müqavilənin vaxtı isə 2021-ci ildə başa çatır.

Trampın səsələndirdiyi bəyanat reallığa çevrilsə, o, dərhal potensial ölümcül nüvə gərginliyi meydana gətirəcək və NATO özünü yenidən Rusiya ilə birbaşa nüvə qarşıdurmasında tapacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   ABŞ   Nüvə-sazişi  

China Daily: ABŞ-ın nüvə müqaviləsindən çəkilməsi Pandorranın qutusunu açacaq

2018/10/akrus-1540218069.jpg
Oxunub: 379     19:43     22 Oktyabr 2018    