Cənubi Koreya donanma quruculuğunda Avropa firmalarına güvənir

2018/10/KN2UD-1540217773.jpg
Oxunub: 340     20:14     22 Oktyabr 2018    
Cənubi Koreya donanması öz gücünü təkmilləşdirmə istiqamətində səylərinə davam etsə də, ölkənin müdafiə sənayesi buna tam təkan verməkdə yetərsiz qalır.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, buna görə də donanma öz quruculuğunu sürətləndirmək məqsədilə avropalı şirkətlərə üz tutur.

Son olaraq o, 2020-ci illərin ortalarında yerləşdirməyi planlaşdırdığı FFX-III freqatlarının yeni sinfini hərəkətə gətirəcək MT30 qaz turbini ilə bağlı Britaniyanın “Rolls-Royce” firması ilə müqavilə imzalayıb.

Bu, öz növünə görə, artıq ikinci belə kontraktdır. Bundan öncə tərəflər 2012-ci ildə FFX-II proqramı çərçivəsində “Daegu” sinifli freqatlarının “Trent 800” mühərriklərinin istehsalına dair müqavilə imzalayıblar.

Həmin sinifli gəmilərin ilki təzəlikcə istifadəyə verildiyi halda, digər üçü isə hazırda inşa mərhələsindədir. Eyni zamanda Cənubi Koreya KDDX “mini-Aegis” esminesləri üçün “Lockheed Martin”dən AN/SPY-1 radar sistemi əldə edəcək.

Ölkənin dəniz əməliyyatları ilə bağlı satın almağı planlaşdırdığı 8 helikopterin çatdırılması isə İtaliyanın “Leonardo” firmasına həvalə edilib. Bu müqavilənin növbəti mərhələsində daha 12 helikopteri çatdırılması nəzərdə tutula bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   HDD  

Cənubi Koreya donanma quruculuğunda Avropa firmalarına güvənir

2018/10/KN2UD-1540217773.jpg
Oxunub: 341     20:14     22 Oktyabr 2018    