Polşa HIMARS-ın alınması məqsədilə ABŞ-a sorğu göndərib

2018/10/I3LF2-1540215869.jpg
Oxunub: 335     17:43     22 Oktyabr 2018    
Polşa ABŞ istehsalı raket atıcılarının satın alınması məqsədilə bu ölkənin hökumətinə rəsmi sorğu göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, qurum M142 Yüksək Mobilliyə malik Artilleriya Raket Sisteminin (HIMARS) əldə edilməsi məqsədilə ABŞ hökumətinə istək məktubu ünvanlayıb.

Qeyd edək ki, Polşa “Lockheed Martin” istehsalı sistemlərin alınmasını 2015-ci ildən planlaşdırsa da, bu ilin iyulunda konkret olaraq HIMARS-ların təchizatını nəzərdən keçirdiyini elan edib.

Qeyd edək ki, HIMARS idarəolunan YARS sursatlarından və Taktiki Raket Sistemi mərmisindən istifadə edir. O, 300 kilometr məsafəyə qədər uzağı hədəf ala bilir.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Polşa   HIMARS  

Polşa HIMARS-ın alınması məqsədilə ABŞ-a sorğu göndərib

2018/10/I3LF2-1540215869.jpg
Oxunub: 336     17:43     22 Oktyabr 2018    