Əlacsız qalan erməni əsgər anası Tonoyana müraciət etdi: "O, ağır psixoloji vəziyyətdədir"

2018/10/18_02-1540210404.jpg
Oxunub: 2729     16:09     22 Oktyabr 2018    
"Övladım bütün bu proses boyu ilkin olaraq zərərçəkən, daha sonra ittiham olunan statusunda 8 ay hərbi polisdə saxlanılıb. O, hazırda ağır psixoloji gərginlik vəziyyətindədir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan ordusunda xidmət edən əsgərlərdən birinin anası müdafiə naziri Davit Tonoyana müraciətində bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayında orduya çağırılan oğlu Qarabağda hərbi xidmətə başlayıb və 4 ay sonra zəng edərək kömək istəyib.

"Hərbi xidmətə getdikdən 4 ay sonra zəng edərək kömək istədi. O, hərbi hissədə zorakılığa məruz qalıb. Onu zorakılığa məruz qoyanlar isə indiyədək cəzasız olaraq qalmaqdadırlar. Cinayət işi qaldırılıb və məhkəmə prosesi başlayıb. Övladım bütün bu proses boyu ilkin olaraq zərərçəkən, daha sonra ittiham olunan statusunda 8 ay hərbi polisdə saxlanılıb. O, hazırda ağır psixoloji gərginlik vəziyyətindədir", - deyə o qeyd edib.

Əsgər anası, bu zorakılıqdan sonra övladının Ermənistandakı hərbi hissələrdən birinə köçürüləcəyini gözləsə də, bu baş verməyib. Hazırda problem həll olunmamış qalmaqda davam edir.

Bu günlərdə, sözügedən əsgər Xankəndi hərbi polisindən Madagiz yaşayış məntəqəsində yerləşən (33651 hərbi hissə, 6-cı dağ atıcı alay, 6-cı müdafiə rayonu) və keçmiş hərbi hissəsinə (Ağdərə şəhərində yerləşən 49971 hərbi hissə, “İnternat” ləqəbli 5-ci müdafiə rayonu) yaxın olan hərbi hissəyə göndərilib.

Əsgər anası, həmin hərbi hissədə oğlunun özünü təhlükəsiz hiss etmədiyini qeyd edir. O, oğlunun Ermənistandakı hərbi hissələrdən birinə köçürülməklə, təhlükəsiz xidmətini təmin etməyi xahiş edir. Erməni əsgərin anası qeyd edir ki, övladının hərbi biletində hərbi həkim komissiyası tərəfindən 4 maddə üzrə xəstəlik qeyd edilib.

"Ürək problemi olan oğlumun xəstəliklərinə baxmayaraq, onu ön xəttdəki postlara göndərmək niyyətindədirlər. Övladım Xankəndi və Xocalıdakı hərbi hospitallarda müayinə olunsa da, bu günə qədər müayinələrinin nəticəsi təqdim olunmayıb. Tonoyandan xahiş edirəm ki, oğlumun Ermənistandakı hərbi hissələrdən birinə köçürülməsinə, təhlükəsiz xidmətinin təşkilinə kömək etsin", - deyə erməni əsgər anası bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Əlacsız qalan erməni əsgər anası Tonoyana müraciət etdi: "O, ağır psixoloji vəziyyətdədir"

2018/10/18_02-1540210404.jpg
Oxunub: 2730     16:09     22 Oktyabr 2018    