Şarmazanov KTMT-yə görə Sankt-Peterburqa getdi

2018/10/56756-1540192851.jpg
Oxunub: 258     11:19     22 Oktyabr 2018    
Eduard Şarmazanov Sankt-Peterburq və Moskva şəhərlərinə işgüzar səfərə yola düşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov bu gün KTMT-nin parlament assambleyası şurasının və plenar iclaslarının işlərinin təşkili üzrə məslətləşmələrdə iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb.

Səfər KTMT-nin parlament assambleyasına cavabdeh katib Pyotr Ryabuxinin dəvəti ilə baş tutub. Səfər zamanı bir sıra görüşlər nəzərdə tutulub.

Belə ki, Şarmazanov Rusiyanın tarix birliyinin idarə heyətinin üzvü, “Vətənin tarixi” fondunun icraçı direktoru Konstantin Makilevskinin dəvəti ilə Moskvaya gedəcək. O, Moskvada rus-erməni ənənəvi münasibətlərinə dair iclasda çıxış edəcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Şarmazanov   KTMT  

Şarmazanov KTMT-yə görə Sankt-Peterburqa getdi

2018/10/56756-1540192851.jpg
Oxunub: 259     11:19     22 Oktyabr 2018    