İraq kəşfiyyatı Türkiyə və İranda törədiləcək terror planlarını üzə çıxarıb

2018/10/Iraqi-1540189149.jpg
Oxunub: 255     10:16     22 Oktyabr 2018    
İraq kəşfiyyat qüvvələri İŞİD terrorçularının qonşu İran və Türkiyədə həyata keçirməyi planlaşdırdıqları terror aktlarının üstünü açıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi nəzdindəki “Əl-Soqour” kəşfiyyat qrupunun sədri Əbu Əli Əl-Bəsəri danışıb.

Onun sözlərinə görə, terrorçular Türkiyə, İran və İraqın Süleymaniyə vilayətində terror aktı törətməyi planlaşdırırmış. Lakin bunun üstü açıldıqdan sonra Rusiya qırıcıları bu planı həyata keçirəcək terrorçuların Suriyadakı mövqelərini yerlə-yeksan edib.

Bəsəri, terrorçu qrupların daxilinə sızmağı bacaran kəşfiyyat komandasının İŞİD-in planları ilə bağlı Rusiya, İran, Suriya ilə dördtərəfli kəşfiyyat koalisiyası qura biləcəyini də əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İraq   İŞİD   Terror  

İraq kəşfiyyatı Türkiyə və İranda törədiləcək terror planlarını üzə çıxarıb

2018/10/Iraqi-1540189149.jpg
Oxunub: 256     10:16     22 Oktyabr 2018    